VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS
27 mart tarixinin qoroskopunu təqdim edir: 

Qoç - nahara qədər əsəblərinizi qoruyun ki, sonrakı müddətdə qarşınıza çıxan şanslardan lazımi qədər bəhrələnə biləsiniz. Saat 16-18 arası perspektivli danışıqlarda bəxtiniz gətirə bilər.

Buğa - qərar verməkdə başqalarının fikirlərinə aludə olmasanız, bu təqvimdən razı qalacaqsınız. İndiki məqamda əlçatmaz olan arzuların arxasınca qaçıb əbəs yerə vaxt itirməyin.

Əkizlər - işgüzar əlaqələrdə, eləcə də qarşılıqlı sövdələşmələrdə tədbirli olun. Çünki ulduzların düzümü bu istiqamətdə bəzi maneələrin olacağından xəbər verir. Yalan vəd verməyin.

Xərçəng - ilk növbədə səhhətinizə qayğı göstərin. Çünki yalnız sağlam bədəndə sağlam ruh olur. Ruh da ki sağlam olmadı, onda kosmik fərd kimi cılızlaşırsan. Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin.

Şir - ilahinin verdiyi hər günə şükür edin, bədgüman olmayın. Ən azı ona görə ki, ixtiyarınızda olan təqvimdə sizi narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz.

Qız - saat 15-ə qədərki müddəti səbrlə başa vursanız, qalan saatlardan xoşagəlməzlik gözləməyin. Çünki ulduzlar bu gün şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün sadəcə, əzmkarlığınızı artırmağınız kifayətdir.

Tərəzi - göy qübbəsi müqəddəs ziyarətgahlarımıza baş çəkməyinizi tövsiyə edir. Dünyanı kiçik, Tanrı kəramətini böyük bilməlisiniz. Bu həyat kodunu anlasanız, ayın sonuna kimi zaman xeyrinizə işləyəcək.

Əqrəb - risk etməyə lüzum yoxdur. Çünki hazırkı durumunuz ifrat əsəbiliyinizdən xəbər verir. Amma ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək.

Oxatan - iqlimin qeyri-stabilliyi səhhətinizlə bağlı narahatlıq yaratmasın deyə, özünüzü buna hazırlamalısınız. Göy qübbəsi bu təqvimdə maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Amma yeni işlərə başlamamalısınız.

Oğlaq - olduqca təzadlı bir təqvimdir. Günün ümumi mənzərəsi atacağınız addımlardan birbaşa asılı olacaq. Həmkarlarınızla mübahisələrə yol verməyin. Nahardan sonra ziyarətgahlara gedin.

Dolça - risk etməyə lüzum yoxdur. Kiminsə təlimatlarına aludə olmaqdansa, reallığa uyğun addım atın. Unutmayın ki, indi sizin çıxılmaz vəziyyətə düşməyinizi istəyənlər çoxdur.

Balıqlar - ümumi ovqatınızda mənfi fəsadlar nəzərə çarpacaq. Lakin bu, saat 14-dən o yana keçməyəcək. Çünki qalan müddətdə Göy qübbəsi var gücü ilə sizi sevindirəcək. Naşükürlük etməyin.

BAKU.WS