SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda və Abşeron yarımadasında martın 20-də arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Bayram günlərinin hava proqnozu açıqlandı

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında da martın 20-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında yağışlı, mülayim küləkli hava şəraiti gözlənilsə də, ümid edirik ki, bu əhalinin bayram əhval-ruhiyyəsində narahatlıq yaratmayacaq.

BAKU.WS