055 213 76 73
Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun 56 yaşı tamam olur.
BAKU.WS xəbər verir ki, Eldar Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. O, orta təhsilini 1969-1979-cu illərdə alıb. Daha sonra o, ali təhsil alaraq iki ixtisasa sahib olub.
Belə ki, E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisi sədrinin köməkçisi, 2007-ci ildən prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.
BAKU.WS kollektivi adından Eldar Sultanovu təbrik edirik!
BAKU.WS