SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rus turistlərin regionda ən çox üz tutduğu şəhərlərin adları açıqlanıb.
 
BAKU.WS-in məlumatına görə, siyahı mehmanxanalara onlayn sifarişlər əsasında hazırlanıb. Rusiyaya yaxın xarici şəhərlərinin siyahısında Bakı da yer alıb. 

Rus turistlərin mövsüm zamanı baş çəkdiyi on məşhur şəhər bunlardır: Minsk, Tiflis, Alma-atı, Kiyev, İrəvan, Bakı, Astana, Bişkek, Kişinyov və Daşkənd. 

Bu şəhərlər arasında ən bahalı mehmanxana Bakıdadır. Azərbaycanın paytaxtında hər hansı oteldə dincəlmək rus turistlər üçün orta hesabla 6 min rubla (96 AZN) başa gəlir. Ən ucuz otellər isə Bişkekdədir. Turistlərə buradakı mehmanxanalarda qalmaq üçün bir günə cəmi 1,2 min rubl (19 AZN) ödəmək kifayət edir. 
 
Minskdə bir günlük otel pulu 3 min (48 AZN), Tiflisdə 3,2 (51 AZN) min, Alma-atıda 5 min (80 AZN), İrəvanda isə 3,1 min rubl (49 AZN) təşkil edir.
 
ŞAHİN Həbibov 
BAKU.WS