Mədəniyyət naziri Əbülfəs Qarayev “ASAN Radio”nun “QəbuldASAN” proqramında qonaq olub.

Sualları cavablandıran Ə.Qarayev sosial şəbəkələrdən çox istifadə etmədiyini bildirib:

“Whatsapp”dan istifadə edirəm, lakin daha çox informasiya mübadiləsi üçün. Sözsüz ki, hərdən dostlar, ailə üzvləri bir-birilərinə şəkillər də ötürürlər. “Facebook”da isə şəxsi profilim yoxdur. Buna kifayət qədər vaxt ayırmaq lazımdır. Cədvəlim buna imkan vermir”.
Verilişin aparıcısı Emin Musəvi naziri ikinci dəfə qız babası olması münasibəti ilə təbrik edib.

“On gündür ki, ikinci nəvəm dünyaya gəlib. Çox sevinirəm. Təbriklərinizi məmuniyyətlə qəbul edirəm. Allah bütün nəvələri və uşaqları saxlasın” deyə, nazir bildirib.

(axsam.az)


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ