SİZİN REKLAM BURADA!
055 213 76 73



“Facebook”, “Instagram” və “WhatsApp”ın işində yaranan problemlə bağlı açıqlama yayılıb. 

BAKU.WS
 xəbər verir ki, "Facebook" şirkətinin “Twitter” səhifəsində verilən açıqlamada bildirilir ki, genişmiqyaslı pozuntuya “DDoS” hücumu - kütləvi müdaxilə yolu ilə sistemi çökdürmək məqsədi daşıyan kiberhücum səbəb olmayıb.

Açıqlamaya görə, şirkətin texniki heyəti hazırda problemlərin aradan qaldırılması üzərində çalışır.

Analoji ismarıc “Instagram”ın rəsmi “Twitter” səhifəsində də yayılıb.

Qeyd edək ki, sözügedən sosial şəbəkələrdəki kütləvi pozuntular dünən axşam saatlarında Azərbaycan da müşahidə olunub.

BAKU.WS