SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabah gecədən başlayaraq Bakıda və rayonlarda hava şəraiti pisləşəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.


Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, martın 14-dən 15-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Martın 14-ü gündüzdən 15-i gündüzədək Azərbaycanın rayonlarında bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı,

dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

BAKU.WS