SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur teatr və kino aktyoru, SSRİ və Rusiyanın xalq artisti Vladimir Etuş 97 yaşında vəfat edib.

BAKU.WS-in məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Vaxtanqov Teatrından bildirilib.

Ölümün səbəbi hələlik məlum deyil. Etuşun xəstəxanada bu gün vəfat etdiyi bildirilir.

Görkəmli aktyorla vida mərasimi teatrda martın 11-də keçiriləcək.

V. Etuş Novodeviçye məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, aktyor səhhətində problemlər yarandığı üçün əvvəllər də bir neçə dəfə xəstəxanaya düşüb. Sonuncu dəfə bu ilin yanvarında onun tamaşadan əvvəl halı pisləşmişdi. Bu səbəbdən rol aldığı "Benefis" tamaşası teatrın repertuarından çıxarılıb.

BAKU.WS