VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Forbes" jurnalı ötən il ən çox pul qazanan məşhurların siyahısını açıqlayıb.


BAKU.WS
-in məlumatına görə, ən zəngin məşhur amerikalı boksçu Floyd Meyvezer olub. Onun qazancı 2015-ci ildə 300 milyon dollar olub. İkinci yerdə isə yenə boksçu olan filippinli Menni Pakyaodur. O, il ərzində 160 milyon dollar qazanıb. Ən çox qazanan üçüncü məşhur müğənni Keti Perridir. Onun illik gəliri 135 milyon dollar təşkil edib. Siyahını 130 milyon dollar gəlirlə "One Direction" pop-qrupu davam etdirib.


2015-ci ilin ən varlı məşhurların ilk beşliyini 95 milyon dollarlıq qazancı ilə radio aparıcı, fotoqraf Hovard Stern tamamlayıb. Altıncı yerdə müğənni Hart Bruks qərarlaşıb. Onun illik qazancı 90 milyon dollar təşkil edib. Yeddinci yerin sahibi 89 milyon dollarlıq gəliri ilə triller və dedektiv yazıçısı Ceyms Pattersondur.


Aktyor Robert Dauni və müğənni Teylor Svift isə səkkizinci yeri bölüşüblər. Onların hər ikisinin illik gəliri 80 milyon dollar təşkil edib. Doqquzuncu yerdə 79,5 milyon dollarla futbolçu Kriştianu Ronaldudur. Nəhayət, ilk onluğu aparıcı amerikalı Raş Limbo tamamlayıb. O, il ərzində 79 milyon dollar qazanıb.

Qeyd edək ki, siyahıda yer alan yeganə rusiyalı məşhur tennisçi Mariya Şarapova olub. O, bir ildə 29,5 milyon dollar qazanmaqla siyahıda 88-ci yerdə qərarlaşıb.
Siyahıya görə, müğənni Keti Perrinin 2015-ci ildə gəliri 135 milyon dollar olub. Müasir dövrün ən stabil gəlirli müğənnilərindən biri də Teylor Sviftdir. Onun gəliri 80 milyon dollardır.


Hegemon ulduzların siyahısında rok qrupu "Fleetwood Mac”ı olması təəcüblüdür. Onların bu ilki gəliri — 59,5 milyon dollar olub. "Forbes" jurnalının varlıları siyahısında Ledi Qaqa da var. 2015-ci ildə onun gəliri 59 milyon dollar olub. Beyons da siyahıda 54,5 milyon dollarla qeydə alınıb.

"Forbes" jurnalının varlıları siyahısında pornoulduz Kim Kardaşyana da rast gəlmək olar. Onun ötən il qazancı 52,5 milyon dolar olub.

BAKU.WS