BAKU.WS
7 mart tarixinin qoroskopunu təqdim edir: 


Qoç - hadisələrin ildırım sürətilə yaşanacağı gündür. Baş verənləri anlayırsınız, amma bir sıra məqamlar sizi gərginlikdə saxlayır. Yeni ideyaları reallaşdırmağa tələsməyin. Hətta yeni mərhələyə hesablanmış planlar belə, çətinliklərlə qarşılaşa bilər. Malik olduğunuz ünsürlərlə məqamları dəyərləndirin.

Buğa - yeni işlərə başlamayın, hazırda məşğul olduğunuz işləri başa vurmağa çalışın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət xoş olacaq. Faydalı informasiya və ya xidmət mübadiləsi istisna deyil. Cari məsələləri qarşılıqlı tanışlıq və rəğbət müstəvisində həll etmək, vaxtında yetişən yardımdan faydalanmaq olar.

Əkizlər - aktiv olun, tənbəllik etməyin. Fəal iş və gərgin çalışmaq günün sonunda uğurlu nəticə ilə başa çata bilər. Ötən həftədən bəri yığılıb qalan stresslərdən qurtulmağa çalışın. Yardıma ehtiyacı olan insana kömək edin. Şəxsi işlərinizdən birini sürəkli təxirəsalmalardan qurtarın.

Xərçəng - yaradıcılıq, mühazirələr, təqdimat, fərdi iş üçün əlverişli gündür. Həyatınızda yaşanan hadisələr yeni, maraqlı mərhələyə keçir. Həmin olaylara təsir etmək asan olmasa da, xeyrinizə olan situasiyalardan faydalanın. Şans yaranarsa, istifadə edin. Amma mühüm sənədlər, anlaşmalar və ya öhdəlik imzalamaq hələ tezdir.

Şir
- yaxın bildiyiniz insanlar üçün gördüyünüz işlər uğurla başa çatacaq. Xüsusi diqqət və məsuliyyət tələb edən sahələrdə sayıq olun, səhvlərə yol verməməyə çalışın. Tələsməyin, kəmhövsələlik etməyin, işlərinizdə və sizi əhatə edən məkanda qaylda yaradın.

Qız - yaranan problemləri həll etmək üçün həll yollarını arayın, fikir və ideyalarınızı qaydaya salın. Ehtiyac varsa, yarımçıq qalmış işi bərpa edərək başa çatdırın. Görüşlərdən birində səslər yüksələ bilər. Çalışın, boş söhbətlərə və mənasız mübahisələrə vaxt ayırmayın. Yanınızdakı insanların da vaxtlarını işə sərf etməsinə can atın.

Tərəzi - sözləriniz və işləriniz estetik komponentli olsun. Təmasları və ünsiyyəti elə seçin ki, onlar sizə yük olmasın. Yaşamınızda baş verən və ilk baxışdan sırf təsadüf təsiri bağışlayan hadisələri təhlil edin.

Əqrəb - aydın gündür. Başqalarının səhvlərini yaxşı görürsünüz, amma öz yanlışlıqlarınızı da sezməyə, anlamağa çalışın. Sizinlə yeni ritmdə çalışmaq istəməyən insana qarşı iddialarla çıxış etməyin. Günün ilk yarısında ifrat intensivliklə çalışmayın. Pozitiv ola biləcək xəbərlər istisna deyil. Lakin stresslər, əlavə yük, tapşırıq və iş də istisna deyil. İndi olmasa da, yaxın perspektivdə genişmiqyaslı iş vəd edən olaylar yaşanır.

Oxatan - planlarınız və gözləntilərinizdən asılı olmayan kənar siqnallar diqqət yetirməli olduğunuz məqamı göstərəcək. Ən müxtəlif hadisələr, ən fərqli sürətdə yaşanacaq olaylar mümkündür. Şəxsi məsələlərdə soyuq məntiqi bu gün unudun, ürəyinizin hökmünə qulaq asın.

Oğlaq - maliyyə məsələlərindəki anlaşılmazlıq və qeyri-müəyyənlik indi sizi ciddi narahat edir. Hansısa məsələ ilə bağlı qayığlar çoxdursa, bu mövzunu inkişaf etdirməkdə əmin deyilsinizsə - məsələdən, ümumiyyətlə, imtina edin. Bu imtinadan sonra hansısa başqa məsələdə inkişaf istisna deyil.

Dolça - qonaq getmək olar. Heç nəyi mürəkkəbləşdirməyin. Amma sizin üçün önəmli olan insanlarla ünsiyyətdə yaranan mühüm anlardan da yan keçməyin. Çoxdan bəri diqqət izharınızı gözləyən insanı yada salın.

Balıqlar - asan, kommunikasiyalar yaratmağın əlverişli olduğu bir gündür. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət qurmaq çətin olmayacaq. Lakin həmsöhbətinizin emosional durumunun incəliklərinə və təfərrüatlarına fikir verin. Əks təqdirdə iddialarla, tələbkarlıqla qarşılaşacaqsınız. Çoxsaylı tapşırıqlar və ən başlıcası mənasız məsləhətlərdən qurtulmaq üçün bütün vaxtınızı işə sərf edin.

BAKU.WS