SİZİN REKLAM BURADA!
055 213 76 73



Energetik içkidən öldüyü deyilən Aydan Vəliyevanın SSRİ Xalq artisti Bülbülün nəticəsi olduğu üzə çıxıb.

BAKU.WS 
xəbər verir ki, Hacı Nuran mərhumla fotosunu paylaşaraq ona Allahdan rəhmət diləyib.

26 yaşlı A.Vəliyeva Bülbülün böyük oğlu Çingiz Bülbüloğlunun (Məmmədov) qız nəvəsi olub.

Aydan Vəliyeva "Azərkitab – Kitab Təbliğatı Mərkəzi"nin tədbirlərinin aparıcısı kimi tanınıb. O, özünü Aydan Bülbül kimi təqdim edirdi.

Energetik içki hədsiz çox içdiyindən sağlamlığında ciddi problemlər yarandığı, komaya düşdükdən sonra öldüyü deyilən Aydan əslində qan xəstəliyi olan talassemiyadan əziyyət çəkirmiş.

Aysel
BAKU.WS