SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxt sakini evinin pəncərəsinə maraqlı bir rəsm çəkib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, rəsmə baxanlar orada təsvir edilənlərin sanki həqiqət olduğunu düşünürlər.

Pəncərənin önündə dipçəkdə gül, kənarda isə kitab oxuyan bir xanım rəsmi çəkilib.

Paytaxt sakini rəsmi evinin pəncərəsini daşla hörərək suvağ vurulmuş hissəyə çəkib.

Görüntülər paytaxtın Səbail rayonu Məmməd Əfəndiyev küçəsi, Mirzə Fətəli Axundov bağının yaxınlığında yerləşən yaşayış binasındadır. Rəsmdə pəncərənin bir tərəfində bir qızın əlində kitab oxuması, digər tərəfində isə pişiyin küçəyə baxması təsvir olunub. Rəsm elə çəkilib ki, sanki dibçəkdə bitən bitki pəncərəni öz ağuşuna alıb.

İnsanların sıx olduğu ərazidə yerləşən bu binanın pəncərəsinə çəkilən rəsm oradan keçənlərin marağına səbəb olur. Onlar bu rəsmdə təsvir olunan kitab oxuyan qızın mütaliyəyə marağı artıracağını düşünülrər.

Qeyd edək ki, son vaxtlar şəhərin müxtəlif yerlərində də divarlarda bu cür rəsmlərə tez-tez rast gəlinir.

BAKU.WS