VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS
28 fevral tarixinin qoroskopunu təqdim edir: 


Qoç - bu gün sizə çox şey vəd edir. Yeni fürsətlər yaranır, sizin üçün tamamilə yeni olan bir sahədə müvəffəqiyyət qazana bilərsiniz. Maraqlı insanlarla tanışlıqlar gözlənilir. Bürcün tənha nümayəndələri yeni romantik münasibətlərin başlanmasına ümid edə bilərlər. Bir çox Qoçlar onlar üçün tipik olmayan şəraitə düşsələr də, situasiyadan çıxmağın yolunu tez tapacaqlar. Həm işgüzar, həm əyləncə xarakterli səfərlər üçün münasib gündür.

Buğa - sözünüzün üstündə durmağınız və qətiyyətiniz rəqibləriniz üzərində qələbəyə imkan verəcək, qarşınızda cəlbedici perspektivlər açılacaq. Daxil olan təklifləri dərindən öyrənin. Bu gün sizə çox şey vəd edir. Yeni fürsətlər yaranır, sizin üçün tamamilə yeni olan bir sahədə müvəffəqiyyət qazana bilərsiniz. Maraqlı insanlarla tanışlıqlar gözlənilir. Bir çox Buğalar onlar üçün tipik olmayan şəraitə düşsələr də, situasiyadan çıxmağın yolunu tez tapacaqlar. 

Əkizlər - uğur qazanmaq şansınız çoxdur. İş burasındadır ki, başqalarını öz mənafeyiniz naminə «xərcləməkdən» çəkinmirsiniz. Çox tez-tez qəti surətdə dediyinizin üstündə durursunuz, ətrafınızdakıların da sizinlə razılaşmaqdan başqa çarəsi qalmır. Dostlarla görüşlər sizi sevindirəcək. Köhnə tanışlarınız sizə xoş sürprizlər edəcəklər. Yeni pərəstişkar tapmaq şansınız var. Romantik macəra yaşaya bilərsiniz. Həm işgüzar, həm əyləncə xarakterli səfərlər üçün münasib gündür.

Xərçəng - işdə ciddi uğurlar qazana, karyeranızda xeyli irəliləyə bilərsiniz. Çox cazibədarsınız və insanlarla asan dil tapırsınız. Yeni tərəfdaşlar, iş ortaqları, nüfuzlu hamilər tapmaq şansınız yüksəkdir. İstənilən ictimai faydalı iş məsləhətlidir. Kübar həyatda iştirak, ictimai tədbirləri ziyarət arzuolunandır. Üzdə olmaq xoşunuza gəlir, çoxlu komplimentlər alırsınız. Maraqlı tanışlıqlar mümkündür. Səmimi olun, bu gün başlayan münasibətlər həyatınızı rəngləndirəcək.

Şir - peşə fəaliyyəti baxımından münasib gündür. Özünüzü müsbət tərəfdən göstərmək imkanı qazanacaqsınız. Evdən nə qədər uzaq olsanız, şəxsi həyatınızda yaxşılığa doğru dəyişikliklər üçün şanslar bir o qədər artır. Qiymətli hədiyyələr ala bilərsiniz. Yaxınlarınızla aranızda fikir ayrılığı yarana bilər, sülh yalnız sizdən asılıdır. 

Qız - gün o qədər də yaxşı başlamasa da, nikbinliyinizi qoruyub saxlaya bilirsiniz. Bu, uğur qazanmağınıza, qarşınıza qoyduğunuz məqsədlərə çatmağa, rəqiblərinizi üstələməyə imkan verir. İşgüzar Qızlar öz gəlirlərini artıra biləcəklər. Yaxınlarınızın dəstək və anlayışı emosional “xəndəy”ə düşməməyə, yüksək əhval-ruhiyyənizi qorumağa, ən azı, ümidsizlikdən yayınmağa kömək edəcək.

Tərəzi - qeyri-adi gündür, onu uzun müddət unutmayacaqsınız. O qədər gözəl imkanlarınız yaranır ki, şəraiti və öz qüvvənizi düzgün qiymətləndirmək sizə çətindir. Çox mürəkkəb işlərə girişir, inanılmaz hadisələrin girdabına düşürsünüz. Elmi fəaliyyətdə çox böyük uğurlarınız da istisna deyil. 

Əqrəb - gün sizi gözlənilməz pul gəliri, bahalı hədiyyələrlə sevindirəcək. Maraqlı tanışlıqlar, başgicəlləndirici romantik tanışlıqlar mümkündür. Tamaha güc gəlmək çətindir, bir çox Əqrəblər yaxınlarını məyus edəcək hərəkətlərə yol verəcəklər. Əhəmiyyət vermədiyiniz münasibətlər daha ciddi şəkil alacaq.

Oxatan - iş üçün əla gündür. Həm cari işlərin öhdəsindən asanlıqla gələcək, həm də peşəkar mövqeyinizi bərkidəcək, nüfuzlu şəxslərin dəstəyinə nail olacaqsınız. Danışıqlar məhsuldar keçir, ortaqlarınız sizin bilik və təcrübənizə şübhə etmirlər. Zahiri görkəminizə diqqətlə yanaşmağınız vadibdir. Çünki iş görəcəyiniz insanlar imic məsələlərinə həddindən artıq həssas yanaşırlar.

Oğlaq - bir çox cəsarətli ideyalarınızı həyata keçirə bilərsiniz. Əsas odur ki, tələsməyəsiniz. Siz qəti addımlar atmaq, bütün əlaqələri qırmaq niyyətindəsiniz, amma şərait tam tərsini tələb edir. Gün şəxsi həyatınızda ciddi dəyişikliklər vəd etmir. Lakin yaxşı kompaniyada vaxt keçirmək imkanı əldə edəcəksiniz. Sizi başa düşən və maraqlarınızı bölüşən insanlarla əhatə olunmaq xoşdur.

Dolça - işdəki gərgin vəziyyət narahatlıq yarada bilər. Lakin bütövlükdə perspektivlər pis deyil. Rəhbərliyin tənqidlərini ürəyinizə yaxın qəbul etməyin. Tez, ya da gec müvafiq adamları öz düzgünlüyünüzə inandıra biləcəksiniz. Güclü hisslər bəslədiyiniz insan barədə bu gün vacib məlumatlar öyrənə bilərsiniz. Aldığınız məlumatı sakitcə analiz etməyə çalışın, tələsik qərarlar verməyin. Romantik münasibətlərə gəlincə, burada siz bir qədər bədbinsiniz, nə etmək olar, şübhələriniz əsassız deyil.

Balıqlar - kommersiya fəaliyyəti üçün uğurlu gündür, olduqca faydalı sövdələşmələr gözlənilir. Yaradıcılıq potensialı isə yüksək deyil. Bu gün beyninizə gələn ideyalar o qədər də yaxşı deyil. Detallara daha çox diqqət verin, kimsə bunu yersiz adlandırsa, eyninizə almayın. Yaxınlarınızla münasibətləriniz yaxşı ola bilər: lazımsız məsləhətlər və qeyri-konstruktiv tənqidlərinizi özünüzdə saxlayın.

BAKU.WS