VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Kredit kartlarınızın kodunu ələ keçirmək istəyən bir qrup şəxs yeni üsula əl atıb.

BAKU.WS məlumat verir ki, həmin şəxslər bu dəfə WhatsApp vasitəsi ilə kredit kartlarınızı ələ keçirməyə çalışırlar. Onlar bunu sizə mesaj göndərərək edirlər. Belə ki, WhatsApp istifadəçilərinə üzvlüyü yeniləməli olduqlarını bildirən mesaj göndərirlər. Mesajda üzvlüyünüzü yeniləmək üçün göstərilən ünvan "WhatsApp.com" yazılsa da, linkə toxunduğunuzda başqa bir ünvana daxil olmuş olursunuz. Bunun səbəbi saxtakarların əsl web saytını HTML kodunda gizlətməsidir.

Sözügedən linkə daxil olduğunuzda kredit kartı məlumatlarınızı yazacağınız saxta bir səhifə açılır. Üzvlüyünüzü yeniləmək üçün nəzərdə tutulmuş bir səhifə kimi görünsə də, məlumatlarınızı qeyd etdikdən sonra üzvlüyünüzü yenilənmir. Çünki məlumatlarınız tamam başqa ünvana ötürülür. 
 
Hazırda mesaj istifadəçilərə ingilis dilində göndərilir. Ancaq orda qeyd olunanları Azərbaycan dilinə tərcümə etsəniz bu yazılacaq: "Diqqət! WhatsApp Messenger üzvlüyünüz bitmək üzrədir". Sizə gələn bu tip mesajları açmadan silməyiniz məsləhətdir. 
 
Ayşən Ayxan
BAKU.WS