VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq inancına görə, bu gecədən etibarən Azərbaycanda Kiçik çillə başa çatır və Boz ay başlayır.

Boz ay Novruz bayramından əvvəl bir ayı əhatə edən dövrə verilən addır. Xalq arasında bu dövrə boz ayla yanaşı, “alaçalpo(v)”, “çilləbeçə”lər, “ağlar-gülər ay” da deyirlər. Ayın bu cür adlandırılması onun buludlu, yağışlı, küləkli, bəzən də günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır.

Qədim türklərin inancına görə, qış fəsli Böyük çillə, Kiçik çillə və Boz ay olmaqla, üç hissəyə bölünür. Böyük çillə 40 gün, Kiçik çillə 20 gün, Boz ay 30 gün davam edir. Boz ayın bitməsi ilə elimizə Novruz qədəm qoyacaq. Buna görə də Boz aya “bayram ayı” da deyir və onu Novruz çərşənbələrinin müjdəçisi adlandırırlar.

BAKU.WS