SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar həbsxanada da dinc oturmayıb.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, A.Oktar həbsxanada keçmiş “kedicik”ləri olan Babunaları təhdid edib. O, “kedicik”lər Tuba, Eda, Hüma və Ceyda Babunalara xəbərdarlıq edib.

Bu barədə “kedicik”lərin anası Semin Babuna “Kanal D”yə müsahibəsində bildirib. Qadın müsahibəsində deyib ki, beş övladı və bir nəvəsi Adnan Oktar qruplaşmasına qarşı ifadə verməyə hazırdır. Lakin A.Oktar onları təhdid edir.


Qeyd edək ki, ötən ilin iyul ayında Türkiyədə keçirilən terror əməliyyatı zamanı Adnan Oktar və 235 tərəfdarı həbs edilib.


Həbs edilənlər arasında Türkiyənin tanınmış professorlarından olan Cevat Babunanın ailəsi, Semin Babunanın beş övladı və bir nəvəsi Adnan Oktar qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində həbs edilib.

Cavid Babayev
BAKU.WS