BAKU.WS 15 fevral tarixinin qoroskopunu təqdim edir:
Qoç - Hazırda sizi sıxıntıya məruz qoyan maddi problemləriniz bu gündən tədricən öz həllinə yaxınlaşacaq. Bu isə ovqatınıza müsbət təsir göstərəcək. Odur ki, bəri başdan bədbinləşməyin.
Buğa - Günün birinci yarısını daha çox istirahətə həsr edin, səhhətinizə qayğı göstərin. Hər hansı sövdələşmə uğursuzdur. Sonrakı müddətdə isə iş planına doğru addımlar atmağa dəyər.
Əkizlər – Planetlərin pozitiv düzülüşü bürcünüzün sahəsində müsbət çalarlar yaradacaq. Bu isə sizi çoxlarından şanslı edəcək. Fiziki cəhətdən özünüzü yormamaq şərtilə çox sahədə uğurlarınız olacaq.
Xərçəng - Əgər gün ərzində məkrli insanların təsirinə düşməsəniz, Göy qübbəsi ovqatınızı yüksəldəcək. Şübhəli görünən hər şeydən imtina edin. Sevgi münasibətlərində dəyanətli olun.
Şir - Günün ümumi mənzərəsi qənaətbəxş olacaq. Sizə mövcud problemlərinizin həlli üçün yaxşı ideyalar veriləcək. Amma gərək maliyyə məsələlərində riskli və qərəzli addımlar atmayasınız.
Qız - Qeyri-adi nəsə gözlənilmir, heç istəsəniz də bu, mümkün olmayacaq. Odur ki, əsas vaxtınızı müzakirələrə, kəm-kəsirlərin aradan qalxmasına həsr edin. Daxili orqanlarınızı da qoruyun.
Tərəzi - Bəsit düşüncə tərzindən uzaqlaşın. Onsuz da ətrafdakıları özünüz kimi etməyə gücünüz yetməyəcək. Yaxşı olar ki, orta xətt tapıb həyata davam edəsiniz. Bəxtinizdə pul da var.
Əqrəb - Ümumi məziyyətlərinə görə düşərli təqvim olsa da, mümkün qədər passiv olmamalısınız. İşgüzar sövdələşmələrə başlamaq, yeni layihələri reallaşdırmaq istiqamətində cəldlik edin.
Oxatan - Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. Subyektiv maneələrə əhəmiyyətsiz yanaşın. Saat 14-16 arası aldığınız işgüzar təkliflərə ciddi baxın. Uzaq yola isə çıxmayın.
Oğlaq - İqlimin dəyişkənliyi sizdə ümumi süstlük yaratmaqdadır. Lakin həkimə düşəcəyiniz gözlənilmir. Ulduzlar imkan daxilində istirahətə yer ayırmağınızı məsləhət görür.
Dolça - Sizin üçün çətin də olsa, qeyri-işgüzar münasibətləri arxa plana keçirməli, yalnız fəaliyyətə köklənməlisiniz. Karyera yüksəlişi üçün də bu təqvimin əhəmiyyəti böyükdür.
Balıqlar - Ailə üzvlərinizlə ümumi dil tapmağa çalışın. Kobudluq etməklə kiminsə xətrinə dəyməyin. Bu gün bir neçə yeniliyin də şahidi olacaqsınız, hətta qazanc da mümkündür.
BAKU.WS