VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Fevralın 14-də hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacaq.

Arabir tutulacağı gözlənilir. Günün birinci yarısında çiskinli olacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Sinoptiklər xəbərdarlıq edirlər ki, fevralın 14-ü axşamdan 16-sı gündüzədək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

BAKU.WS