VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Türkiyənin "Müge Anlı ilə Tatlı Sert" proqramında axtarılan 55 yaşlı Fəridə Ercanın sevgililərindən biri tərəfindən qətlə yetirilib.

BAKU.WS  xəbər verir ki, Ankarada yaşayan Hikmet Y. Fəridəni öldürdüyünü, ardından da mişarla parçalayıb, sobada yandırdığını etiraf edib.

19 yanvardan itkin düşən qadının axtarışı zamanı proqrama bir çox qonaq qatılıb. Onlardan biri - Ankarada yaşayan 45 yaşlı ailəli Hikmət Y.-nin proqramda verdiyi təzadlı ifadələr polisin diqqətini çəkib.

Ankara Polis Cinayət Bürosunun dedektivləri Hikmet Y.-ni təqibə alıb. Onun şübhəli hərəkətlər nümayiş etdirdiyini görən dedektivlər, onun saxlanılmasına qərar veriblər.

Hikmet Y. dindirilmə zamanı qorxunc cinayəti etiraf edib.

O, Feride Ercanla sosial şəbəkədə tanışdıqlarını, hadisə günü görüşdüb avtomobillə gəzdiklərini deyərək olanları danışıb: “Məni ailəmlə təhdid edib, tez-tez pul istəyirdi. Aramızda mübahisə yarandı. Başından vurdum, huşunu itirdi. Kəndə apardım, öldüyünü anlayınca mişarla parçalara böldüm. Ardından da sobada yandırdım".

11:13

Türkiyənin "Müge Anlı ilə Tatlı Sert" proqramında axtarılan 55 yaşlı Fəridə Ercan adlı qadının həyat tərzi ölkəni dəhşətə gətirib.

BAKU.WS
xəbər verir ki, 19 yanvardan bəri itkin düşən Fəridənin axtarışları zamanı onun eyni anda beş kişi ilə münasibətdə olduğu ortaya çıxıb.

Qadının tapılması yönündə aparılan araşdırmada məlum olub ki, o, sosial şəbəkədə özündən yaşca kiçik kişilərlə tanış olaraq cinsi əlaqəyə girirmiş. Araşdırmanın bu günə olan nəticəsinə görə, bu kişilərin sayı beşdir. Fəridə Ercanın bərabər olduğu kişilərin sayının daha çox olduğu istisna edilmir.

Qonşuların qadın haqqında danışdıqları isə illərdir aparıcısı olduğu layihə ilə müxtəlif talelərlə üzləşən Müge Anlını belə şoka salıb. Qonşulardan birinin sözlərinə görə, Fəridənin evinə gələn kişilər hətta onu döyürlərmiş. Bir dəfə qarnından vurulan güclü zərbə nəticəsində uşaqlıq qanaxması ilə xəstəxanaya yerləşdirilib.

Bu faktlar ortaya çıxdıqdan sonra Müge Anlı qadının öldürülməsi ehtimalının daha yüksək olduğunu söyləyib.

Qeyd edək ki, Fəridə Ercanın tapılması üçün valideynləri müraciət edib. Onlar qızlarının evdən tələsik çıxdığını və bir daha geri qayıtmadığını bildiriblər.

Zülfiyyə Qurbanova
BAKU.WS