BAKU.WS
9 fevral tarixinin qoroskopunu təqdim edir:


Qoç - bu gün hər şey əhval-ruhiyyənizdən asılı olacaq. Məhz emosional durumunuz həyatınıza hansı insanlar və hadisələrin daxil olacağını müəyyənləşdirəcək. Ətrafdakı insanların həyatları və işləri ilə qədərindən artıq maraqlanmayın. Başqasının həyatına və işlərinə qarışmayın. Buna ehtiyac yoxdur. Narahat, nigaran, təlaşlı fikirləri uzaq qovun. Sevinmək və əziz bildiyiniz insanları sevindirmək üçün ən kiçik imkandan belə, yararlanın. Münaqişə etməyin, diskussiyalara rəvac verməyin. Ən kiçik məsələyə görə sizdən inciyəcəklər. Maliyyə fonu uğurlu deyil. Xərcləri azaldın.

Buğa - bu gün uğur əldə edəcəyiniz, tamamilə yeni işdə irəliləməyiniz mümkündür. Hissiyatınıza əsaslanın, etibarlı və yaxşı müttəfiqlər seçin, şübhəli təsir bağışlayan insanları yaxına buraxmayın. Son günlər baş verən hadisələri ciddi götür-qoy edin, gələcəklə bağlı planlar hazırlayın. Günün ikinci yarısında xoşagəlməz insanlarla bir arada olmaq məcburiyyətində qalacaqsınız. Başqalarının tapşırıqlarını yerinə yetirmək çox vaxt ala bilər. Qıcıqlanmayın, soyuqqanlı davranın. Şəxsi işlərinizə kiminsə qarışmaq istəyi sevdiyiniz insanla münasibətlərinizə təsir edəcək.

Əkizlər - ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. İndiyədək bir-birinizi yaxşı anladığınız insanla belə, mübahisə yaranır. Asan olmayan, amma məhsuldar gündür. Yaranmış problemlərə görə kefinizi pozmayın, bütün diqqəti onların çözülməsinə yönəldin. Bədxahlarınızın sizi yoldan sapdırmasına imkan verməyin. Ən çətin vəziyyətlərdə belə emosiyaların və hisslərin məntiqi üstələməsinə imkan verməyin. Soyuqqanlı olsanız, bu sizinlə yanaşı, yaxın ətrafınızdakı insanların xeyrinə olar.

Xərçəng - bu gün əvvəlcə danışacaq, sonra fikirləşəcəksiniz. Fikirlərinizlə ətrafdakıları yormayın, kimsənin xətrinə dəyməyin. Təxəyyül və fantaziyanızı işə salın. Dərhal həyata keçirilməsi layiq ideya yarana bilər. İntuisiyanız çox kəskindir. Bu səbəbdən də qərarları sürətlə qəbul edin, yaxın ətrafınızdakı insanları təccübləndirin. Köhnə dostlarla görüş, yeni tanışlarla ünsiyyət üçün yaxşı zamandır. Ortaq məxrəcə gəlmək çətin deyil.

Şir - gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Çətinliklər və problemlər qarşısında əsla geri çəkilməyin. İnad və əzmlə irəliləyin. Çalışdığınız hər yerdə özünüzü rahat hiss edin.Günün ikinci yarısında yaşam potensialı səviyyəsi bir qədər aşağı düşəcək. Xroniki ağrılar özlərini xatırlatsalar da, səhhətlə bağlı ciddi problemlər olmayacaq.İşləyəndə də, istirahət edəndə də yaradıcı olun. Hər iki halda sizə yoldaşlıq etmək istəyənlər tapılacaq. Cəmiyyət üçün faydalı işlə də məşğul ola bilərsiniz. Dünyanın düzəlməsində sizin də əməyiniz ola bilər: niyə də yox?!

Qız - Narahat, qarışıq, mürəkkəb gündür. Həll tələb edən məsələlər və problemlər sürəkli artığından çoxdan bəri hazırladığınız planı reallaşdıra bilməyəcəksiniz. Ən çətin anda yardım alacaqsınız. Yaxın gələcəklə bağlı perspektivləri təhlil edin. Bu gün məişət əşyaları, xüsusilə də mürəkkəb avadanlıq və ya texnika almaq məsləhət deyil. Onlar tezliklə sıradan çıxa bilərlər. Ciddi, fəsadlarının aradan qaldırılması çox çətin səhvlər buraxmamağa çalışın. Əgər bu gün işlər istədiyiniz kimi getməsə, yaşananlara təsir edin, hadisələri daha əlverişli məcraya yönəldin. Yalan danışmaq, hiyləgərlik etmək, ədalətsizlik etmək olmaz.

Tərəzi - bu gün yaxın ətrafınızdakı insanların, ailə üzvləri, yaxınlarınızın dəstəyinə xüsusi ehtiyacınız var. Yardım adacaqsınız, amma istədiyiniz həcmdə yox. Özünüzü tərifləməkdən çəkinməyin. Belədə əhvalınızı yaxşılaşdıra bilərsiniz. Müttəfiqləriniz və dostlarınızla diqqətli olun. Onlara qarşı laqeyd davranmamağınız ümumi işlə yanaşı, münasibətlərinizə də müsbət təsir edəcək. Yaşam tonusu səviyyəsi yüksək deyil. Ağrılar və travmalar riski var. Yeməyinizə fikir verin.

Əqrəb - istənilən formadakı kənar təsirlərə həddən ziyadə həssas olmayın. Yad təsir altına düşməyin. Bu gün mühüm qərarları müstəqil şəkildə qəbul etməlisiniz. Başqalarının məsləhətlərinə yox, sağlam məntiqə qulaq asın. Maliyyə və əmlak probleminin həlli, gəlir və uğurlu sövdələşmə, yaxşı sifariş qəbulu istisna deyil. Yeganə istisna sevdiyiniz insanla aranızda olan münasibətlərdir. Axşam saatlarında normal istirahət əvəzinə gərgin saatlara üstünlük verməyin.

Oxatan - işdəki həmkarlarınız və ya tanışlarınızın bacarmadıqları, öhdəsindən gəlmədikləri problemləri asanlıqla həll edirsiniz. Emosional durumunuza nəzarət edin. Əhvalınız pozularsa, sinir tarazlığının bərpası çox vaxt alacaq. Günün ikinci yarısında bəzi işləri təxirə salaraq vacib məsələnin çözülməsi ilə məşğul olmaq gərəkdir.
Tənbəllik etməyin.

Oğlaq
- gün uğurlu alınacaq, sevinc bəxş edəcək. İşdə qətiyyətli və effektiv addımlar təqdir olunmalıdır. Vaxtında qəbul edilmiş qərarla çox yaxşı nəticələrə nail olmaq mümkündür. Vaxtınızı, gerçəkdən də, bəyəndiyiniz insanlarla keçirin. Digər şəxslərlə təmaslara ciddi ehtiyac yoxdur. Pul sərfiyyatınız ailə üzvlərinin xoşuna gəlir. Ünsiyyətdə olacağınız insanlarla sərt danışmayın. Onların nöqsan və ya səhvləri olsa belə, hər şeyi tam aşkar və konkret söyləməyin. Həmişə və hər yerdə acı həqiqəti demək dostlarınızla müttəfiqlərinizin sayını çətin ki, artırsın. Ailəli olanlara axşam saatlarında uşaqlara daha çox diqqət ayırmaq, onları gəzintiyə çıxarmaq məsləhətdir.

Dolça - bu gün istənilən maneəni dəf etmək gücünə maliksiniz. İşlərin sayı çox, həllini gözləyən problemlərin həcmi böyük olsa belə, yorulmayacaqsınız. Həyat potensialınız və məhsuldarlığınız az deyil. Münaqişəyə yol verməmək üçün qərarlarınızı izah edin. Yaşlı qohumlarınız işlərinizə qarışır və çox vaxt bu müdaxilələr nəcib hərəkətlər təsiri bağışlamır. Yaradıcılıq məşğuliyyətləri, bilik və bacarıqların artırılması üçün əlverişli zamandır. Yaradıcılıqla məşğul olun. Axşam saatlarında isə doyunca əylənə bilərsiniz.

Balıqlar - ciddi və məsuliyyətli iş üçün əlverişli gündür. Çətin, mürəkkəb iş sizi qorxutmasın: istənilən tapşırığın öhdəsində müvəffəqiyyətlə gələcəksiniz. Səhhətinizə fikir verin. Kiçik məişət texnikası almaq olar. Alış-verişdə bədxərclik etməyin. Sevdiyiniz insanla münasibətləriniz harmonikdir. Onunla asanlıqla ümumi dil tapır, vaxtınızı normal keçirirsiniz. İntuisiyanız dürüst qərarlar qəbul etməyinizə imkan verir. Hansısa qərar və addımınızı izah edin. Əks təqdirdə uğura nail olmaq çətinləşəcək. Axşam saatlarında qonaqlar ola bilər.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ