SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin "Fənərbağça" klubunun kanalı olan FB TV-nin aparıcı ağır xəstəliyə yaxalanıb.

BAKU.WS xəbər verir ki, idman sferasında tanınmış aparıcı olan Dilay Kemerə qan xərçəngi diaqnozu qoyulub.

"Fənərbağça" klubu bu məsələyə diqqətsiz qalmayıb. Klub elan paylaşaraq hər kəsdən ilik nəqli üçün qan verməsini istəyib.

Kanalın gənc və gözəl aparıcısı Dilay Kemer hazırda çox çətin anlar yaşayır. Ekranlardan uzun müddət uzaq qalmalı olan aparıcıya B RH (-) qan lazım olduğu bildirilir. 31 yaşındakı aparıcı insanların maddi və mənəvi yardımına ehtiyac duyulduğunu söyləyib.

BAKU.WS