VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Tanınmış rus opera müğənnisi Anna Netrebko ilə azərbaycanlı müğənni Yusif Eyvazovun toy mərasimi baş tutub.

BAKU.WS Rusiya mətbuatına istinadən məlumat verir ki, mərasimdə Filipp Kirkorov, İqor Krutoy, Plasido Dominqo, Valeriya Qerqiyev kimi bir çox tanınmışlar iştirak edib. 170 nəfərin iştirak etdiyi mərasimdə yeməkləri vyanalı məşhur aşbaz hazırlayıb. Təamlar arasında Azərbaycan plovu da olub.
 
Annanın gəlinliyi dizayner İrina Vityaz tərəfindən tikilib, tacı və üzüklər isə məşhur "Chopard”dandır. İddialara  görə, A.Netrebkonun aksesuarlarının dəyəri bir milyon avrodan çoxdur. 
 
Netrebkonun 7 yaşlı oğlu Tyaqo anasının toyunda qafqazlı geyimində olub.
 
Ayşən Ayxan
BAKU.WS