VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əvvəlcədən demək lazımdır ki, bolqar Vanqa heç vaxt 2019-cu il sözünü işlətməyib.

BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, kahin qadın ikinci onilliyin sonu barədə aradabir xatırlatma edib. Onun müəyyən frazaları insanlar tərəfindən istədikləri kimi yozulub.

Böyük dövlətin fəaliyyəti bütün dünyanı təlaşa düçar edəcək

Burada cəmi üç variant var: "ABŞ, Çin və ya Rusiya. Vanqanın hansı dövləti nəzərdə tutduğu məlum deyil. Hər millət mənafeyinə uyğun formada bunu izah edir.

Köhnə qaydalar yenisi ilə əvəz ediləcək

Deyilənlərə görə, Vanqa ömrünün son illərində bu fikri dəfələrlə təkrar edib. Eyni zamanda bir neçə dəfə məhz ikinci onilliyin sonunu göstərib. Ekspertlərin fikrinə görə, bu bolqar kahinin ən optimist proqnozudur.

İnsanlar bir-birlərini inanca görə öldürəcəklər

Bu proqnoz özünü doğruldub. Yaxın Şərqdəki münaqişələrə baxanda bunu daha aydın görmək mümkündür. İŞİD adı altında ortaya çıxan və digər dini terror qruplaşmaları dini görüşə görə insanları qətlə yetirirlər.

Torpaq coşacaq və insanlar həlak olacaq

Vulkan, zəlzələ, burulğan, tufan və iqlim kataklizmaları kimi təbii fəlakətlər bu gün planetimizdə tüğyan edir. Çox güman ki, yaxın gələcəkdə bu təbii fəlakətlər daha da artacaq. Hər təbii fəlakət isə insan ölümləri ilə nəticələnir.

Tədqiqatçılar bildirirlər ki, Vanqa xərçəng və qocalıq üzərində qələbə, Günəşə uçuş və digər qəribə proqnozlardan danışıb. Bolqar kahin bu proqnozların gələcəkdə baş verəcəyini bildirsə də, heç vaxt dəqiq tarix söyləməyib. Bununla yanaşı, bu hadisələrin əsasən insanlardan, onların inam və sevgisindən də asılı olduğunu deyib.

BAKU.WS