SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib. Uşaqların anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu müəyyən edilib.

BAKU.WS AZXEBER.COM-a istinadən xəbər verir ki, o bu barədə "Səni Axtarıram" verilişinə danışıb. Qadın müsahibəsində 19 yaşında Bakıya gəldiyini bildirib: "Bakıda az yaşamışam. İmkanım əvvəllər yaxşı idi. Uşaqlarıma baxıcı baxırdı. Sonuncu dəfə uşaqlarıma Könül adlı qadın baxırdı. Hər gün onun pulunu verə bilirdim. Gücüm çatdığı qədər evə ərzaq da alırdım. Sonra işləyə bilmədim. Könül mənə dedi ki, pulumu verməsən uşaqların birini verib, o birini özümdə saxlayacam. 20 gün olar ki, o qadının evinə getmədim. Bilirdim uşağı ev sahibi o qadına verib. Sadəcə, pulum olmadığına görə geri qayıda bilmədim".

BAKU.WS