SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS
29 yanvar tarixinin qoroskopunu təqdim edir: 


Qoç - ilk növbədə üzərinizə düşən vəzifələrin mahiyyətini anlamalısınız ki, nüfuzunuz itməsin. Bu gün kənardan dəstək də ala bilərsiniz. Pulla bağlı sövdələşmələrinizi isə növbəti aya saxlamağınız məsləhətdir.

Buğa - saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunacaq. Lakin bundan təəssüflənməyin. Çünki bu amil ciddi fəsad yaratmayacaq. Bu gün həmkarlarınızla mülayim davranın. 

Əkizlər - bütün diqqətinizi fəaliyyətə yönəldin. Lazımi adamların tövsiyələrinə qulaq asmaqla qarşınızı kəsən çətinlikləri dəf edin. Bu gün maliyyə sıxıntılarınız səngiməyə başlayacaq.

Xərçəng - saat 12-dən etibarən fəaliyyətinizdə nəzərə çarpan passivlik səngiyəcək. Şəxsi büdcənizdə, insanlarla münasibətlərinizdə, eləcə də ovqatınızda xoş duyğular olacaq.

Şir - rastlaşdığınız bəzi xoşagəlməzliklər saat 14-dən sonra aradan qalxacaq. Fəaliyyətinizə ədalətli yanaşsanız, həmkarlarınızın hörmətini qazana bilərsiniz. Uzaq yola çıxmağa dəyər.

Qız - hansısa ciddi narahatçılığınıza ehtiyac yoxdur. Amma yeni işlərə başlamaq haqqında fikirləşməyin. Nahardan sonra maraqlı adamlarla görüş və sövdələşmələriniz olacaq ki, bu da xeyrinizədir.

Tərəzi - nəyəsə nail olmaq istəyirsinizsə, boş durmamalı, bütün imkanlarınızdan istifadə etməlisiniz. Hansısa mübahisə sizə zərər yetirə bilər. Sevgi amilinə daha mərhəmətlə yanaşın.

Əqrəb - gücünüz çatmayan işlərin qulpundan yapışmayın. Daha çox istirahət edin. Əgər vaxtınız olsa, nahar ərəfəsində mütləq müqəddəs ocaqlara baş çəkin. Kənar təsirlərdən qorunun.

Oxatan – bu gün ilk əvvəl səhhətinizlə bağlı problemləri həll etməyə çalışın. Qan-damar sisteminə vaxtında əncam çəkin. Bu məsləhətlərimizə riayət etsəniz, fəaliyyətinizdə müsbət sıçrayışlar olacaq. 

Oğlaq - astroloji göstəricilər bu arada daha çox səhhətinizə fikir verməyinizi məsləhət görür. Ələlxüsus da əsəblərinizi sakitləşdirmək üçün bütün gücünüzü səfərbər etməli, sakit guşəyə çəkilməlisiniz.

Dolça - risk tələb edən işlərdən uzaqlaşın. Sizə aidiyyəti olmayan proseslərə müdaxilə etməyin. Bu arada zehni fəaliyyətə ara verin. Şəxsi büdcənizdə problem olmayacaq.

Balıqlar - bu gün daha çox təmkin göstərməklə müvəffəqiyyət əldə edə bilərsiniz. Qarşınızda duran vəzifələrin həlli üçün bütün mümkün variantlardan bəhrələnməyə çalışın. Bədxah adamlardan qaçın.

BAKU.WS