SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti, rejissor Ramiz Həsənoğluna Azərbaycan Televiziyasında vəzifə verilib. 

BAKU.WS xəbər verir ki, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Səyavuş Məmmədovu vəzifəsindən azad edib. Onun yerinə isə Xalq artisti Ramiz Həsənoğlu təyin edilib.

Xatırladaq ki, bu günədək televiziyanın İqtisadiyyat baş departamentinin rəisi Şahrza Əliyev, Maliyyə şöbəsinin müdiri Malik Nağıyev, baş mühasib Məmmədəli Ağayev və başqaları tutduqları vəzifədən azad olunublar. 

Hüseyn Məmmədsalahov
BAKU.WS

Ramiz Həsənoğlu