SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabirabad rayonu, Yolçubəyli kənd sakini İlqar Eyvazov bir çox musiqi alətlərini ifa etməyi bacarır. Onun ən maraqlı tərəfi isə balabanı burnu ilə ifa etməsidir.

46 yaşlı İlqar Eyvazov Sabirabad rayonu Yolçubəyli kəndində yaşayır.

İlqar Eyvazov onda musiqiyə marağı babası, el aşığı olan Aşıq Qəribin oyatdığını deyir. 13 ildir musiqi ilə məşğul olan İlqar Eyvazov balabanla yanaşı, qarmon, nağara və saz, eləcə də nəlbəkidə ifa etməyi bacarır. Onun digər özünəməxsusluğu isə alışqan vasitəsilə simli alətlərdə musiqi çalmasıdır.

İlqar Eyvazov öz ifaları ilə Sabirabad rayonu ilə yanaşı, qonşu rayonlarda da məşhurdur.

BAKU.WS