SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyanın ən məşhur mesajlaşma tətbiqi olan WhatsApp-ın çökə biləcəyi ortaya çıxıb.

BAKU.WS-in məlumatına görə, tətbiq hər hansı istifadəçi tərəfindən asanca dağıdıla bilər. Bunun üçün istənilən adama 4 min smayl göndərməsi kifayətdir. Tətbiqdəki boşluğu İndrajit Bhuyan adlı müstəqil bir araşdırmaçı kəşf edib. Bhuyan bir istifadəçiyə 4 min smayl ifadəsi göndərərək tətbiqin kilidlənib çökməsinə səbəb olub. 
 
 
WhatsApp-ın bu boşluğu bütün əməliyyatlar sistemində çalışan tətbiq üçün böyük təhlükədir. Bununla yanaşı, "Chrome", "Opera" və "Firefox"dan istifadə edən "WhatsApp Web" istifadəçiləri də müdafiəsiz vəziyyətdədirlər. "Windows Phone" və "iOS" tətbiqlərinin isə hücuma qarşı müdafiəsiz olub olmadığı hələlik bəlli deyil. 
 
BAKU.WS