SİZİN REKLAM BURADA!
055 213 76 73


 

ABŞ-ın Las Veqas şəhərində keçirilən "Miss Kolumbiya" gözəllik yarışmasının başıbəlalı iştirakçısı Adriana Gutierrez-Arvalo yenə də diqqət mərkəzindədir.

BAKU.WS
-in məlumatına görə, "Miss Kolumbiya" müsabiqəsinin qalibi Ariadna Gutierrez-Arvaloya pornofilmdə çəkilmək üçün milyon dollar təklif olunub.

Bir müddət əvvəl keçirilən müsabiqə zamanı "Miss Kolumbiya" aparıcının səhvi nəticəsində kainat gözəlinin kolumbiyalı Ariadna Gutierrez-Arvalo olduğunu anons edib. Adriana birinciliyinin sevincini qısa bir müddətdə yaşayıb. Onun başına tac taxılıb və o, tamaşaçıları salamlayıb. Bundan sonra müsabiqənin aparıcısı səhvə yol verdiyini və "Dünya gözəli"nin əslində filippinli Pia Alonso Vurtzbac olduğunu bildirib.


"Miss Kolumbiya" Adriana Gutierrezə milyonluq təklif böyüklər üçün çəkdiyi filmlərlə məşhur olan "Vivid Entertainment” şirkəti tərəfindən gəlib. Şirkətin banisi Stiv Xirş Adrianaya məktub yazaraq pornofilmdə çəkilişlər üçün ona 1 milyon dollar təklif edib. Bu halda kolumbiyalı özü süjet xəttini və partnyorların miqdarını seçmək ixtiyarına malikdir.

TMZ portalı əllərinə düşən məktubun surətini yayıb. "Tək ad, hansı ki, Bütün bu müsabiqələrdən insanların xatırladığı tək ad - Vanessa Uilyamsdır (1984 ci il "Miss Amerika" ilk qaradərili qalib). Ona görə ki, o pornojurnal üçün çılpaq çəkilib. Biz Kim Kardaşyan, Kendrı Uilkinson, Pamela Anderson və bir çox başqalarının seks-kassetlərini bazara çıxarırıq. Onlar məşhur oldular. Biz sizi məşhur edəcəyik, siz bizimlə daha çox pul qazana bilərsiz. Mən bunu sizə zəmanət verirəm”,- deyə Stiv Xirş məktubunda bildirir.


Siz çəkilmək istəyəcəyiniz filmlərin miqdarını özünüz seçə bilərsiniz. Mən sizə bizim şirkətimizin siması olmağı təklif edirəm. Bundan başqa siz bizim şirkətimizin birinci "Şahzadəsi" olacaqsınız və bizim sizə verəcəyimiz tac "Miss Filippin"nin daşıdığı tacdan daha çox yaxşı olacaq”, - deyə Stiv qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Las-Veqas ştatında keçirilən "Dünya gözəli" yarışmasının qalibi "Miss Filippin" qalibi filippinli Pia Alonso Vurtzbac olub.

BAKU.WS