SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış fotoqraf Həmid Həmidli sevdiyi qıza qeyri-adi evlilik təklifi edib.

BAKU.WS
xəbər verir ki, Həmid sevdiyi xanımla avtomobildə yol gedərkən başqa bir avtomobil qəfildən onların yolunu kəsib.


Fotoqraf avtomobildən enib onlarla mübahisə etməyə başlayıb. Hər şeydən xəbərsiz olan Aytən adlı qız maşından düşərək onları ayırmağa çalışıb.


Bu zaman Həmid və dalaşdığı gənclər gülümsəyiblər. Əvvəlcədən qurulmuş senariyə uyğun olaraq mübahisə etdiyi gənclərdən biri avtomobilində gətirdiyi ürək görüntülü şarları Həmidə verib. O, gözlənilmədən diz çökərək qıza evlilik təklifi edib.


Evlilik təklifinə "Hə" cavabı alan H.Həmidli hisslərini belə ifadə edib: "Və "Hə" dedi. Sevgi insana doğrudan da heç vaxt etmərəm dediyi hər şeyi etdirir. Mən xəyalpərəst biriyəm, amma bu qədərini özüm belə xəyal etməmişdim. Yaxşı ki, həyatıma gəldin, yaxşı ki həyatımın tamamı oldun.

Məni başdan yaradan insan, səni çox sevirəm və nəfəs aldığım müddətdə sevəcəm. Deyirlər ki, heç kimi Allahdan çox sevmə, sevdiyini səndən alar. Mən Allahımı çox sevirəm, ondan sonra səni!"


Nə baş verdiyini gec anlayan gənc qız əvvəlcə özünü itirsə də, özünə gəldikdən sonda "hə" cavabını verib.


BAKU.WS kollektivi adından dostumuz Həmidi bu münasibətlə təbrik edirik. 


Qeyri-adi evlilik təklifinin görüntülərini təqdim edirik:


BAKU.WS