Bu gün Prezident İlham Əliyevin 54 yaşı tamam olur.

Əliyev İlham Heydər oğlu 1961-ci il dekabrın 24-də Bakıda dünyaya göz açıb. 1967-1977-ci illərdə paytaxtın 6 saylı orta məktəbində təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
 
1983-cü ildə Mehriban Əliyeva ilə ailə qurub.
 
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991-94-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqustunadək Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Milli Məclisə deputat seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri olub. AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2003-cü il avqustun 4-də baş nazir təyin edilib. 2003-cü il 15 oktyabrda prezident seçilib. 2008 və 2013-cü illərdə təkrarən prezident seçilib.
 
Rus, ingilis və fransız dillərini bilir. Üç övladı, dörd nəvəsi var

BAKU.WS Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Prezident İlham Əliyevin ötənilki ad günü təbrikini təqdim edir: