SİZİN REKLAM BURADA!
055 213 76 73



Yeni il ərəfəsində ölkəyə gələn turistlərin sayının artması otellərdə və istirahət məkanlarında yerlərin sayını məhdudlaşdırıb.

Bu isə həyət evləri ilə yanaşı lüks villalara da təlabatı artırıb. Tələbat isə ilk növbədə qiymətlərə öz təsirini göstərib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, belə villalarda istirahət bəzi hallarda otellərdən də baha başa gəlir. İstirahət üçün lazımi şəraitlə təchiz olunan villalarda 3 gecə, 4 gün qalmaq istəyənlər 1000 manatdan çox pul ödəyirlər.Belə villalar müştərilərə paytaxtla yanaşı bölgələrdə də təklif edilir.

Turizm üzrə ekspertlər bildirirlər ki, bu cür villalarda əsasən yüksək büdcəli turistlər, xüsusən də ərəb ölkələrindən gələn turistlər ailəvi qalmağa üstünlük verirlər.

Villalarda müştərilərə cəlbedici təkliflər edilir. Məsələn, Bakıda şəhər mərkəzinə 3-4 km. məsafədə yerləşən bir villada 3 günlük istirahət 1700 manata təklif edilir. Sözügedən villada 4 yataq və qonaq otağı, televizor, kondisioner, hovuz və sauna var.

Burada pulsuz park, vifi və qonaqların transfer və bilet servisi də göstərilir.

Paytaxtda müştərilərə təklif edilən digər bir villanın 4 günlük qiyməti isə 1900 manatdır. Bura 7 yataq otağı, səhər yeməyi, qonaqlar üçün xüsusi nəqliyyat vasitəsi, şəhər və bölgə turu daxildir.

Bölgələrdə olan villaların qiymətləri də paytaxtdan heç də fərqlənmir. İstirahət üçün lazımi xidmətləri olan villalarda qiymətlər 1000-1500 manat arasında dəyişir.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, nisbətən ucuz villalar da var ki, onlarda maksimum 2-3 yataq otağı olur və servis xidməti yoxdur. Belə villaların qiymətləri isə 600-800 manatdır.

BAKU.WS