VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS
24 dekabr tarixinin qoroskopunu təqdim edir: 

Qoç - aktiv, enerjili olun. Baş verən hadisələrin laqeyd müşahidəçisinə çevrilməyin. Zahiri görkəminiz, imiciniz rəsmi və işgüzar olmalıdır. Aktual məsələnin həllində, inzibati məqamların müzakirəsində mənafelərinizi başqalarının istəklərinə qurban verməyin. Günün ikinci yarısında önəmli toplantı, cari layihənin nəzərdən keçirilməsi ola bilər. 

Buğa - səhər saatları genişmiqyaslı işə başlamaq, yeni layihəyə start vermək üçün münasib zamandır. Müqavilə, anlaşma və sözləşmələrdə yalnız sizə sərfəli olan məqamların ön plana çəkilməsinə çalışın. Yeni yerdə işləyirsinizsə, faydalı əlaqələr qurmağa meylli olun. Günün ikinci yarısında ikinci dərəcəli işlər diqqətinizi mühüm məsələlərdən ayırmamalıdır.

Əkizlər - mümkün qədər ciddi, sayıq olun. Başladığınız işlərə məsuliyyətlə yanaşın. Zahirən əhəmiyyətsiz təsir bağışlayan detallar, kiçik təfərrüatlar önəm kəsb edəcək. Günün ikinci yarısında xırdalıqların işinizə mənfi təsir etməsinə imkan verməyin. Danışanda üstüörtülü kəlmələrdən, ibarələrdən istifadə etməyin. Sözlərinizi yanlış qələmə verə bilərlər.

Xərçəng - səhər saatlarından etibarən diplomatik olun. Mübhəm məqamları aşkarlamağa tələsməyin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda soyuqqanlı, təmkinli olun. Günün ikinci yarısında tərəfdaş və şəriklərlə iş konstruktoivlik tələb edir. Əhvalınız proseslərə ciddi təsir etməməlidir. Qarşı tərəflə ümumi fikrə, ortaq məxrəcə gəlmək niyyətiniz varsa, danışa sayğı göstərin.

Şir - sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.

Qız - mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qızlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.

Tərəzi - prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəklik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər.

Əqrəb - səhər saatlarından etibarən yaradıcılıq və planlarla bağlı yeni perspektivlər yaranacaq. İşlər rəvandır, təlaşlanmayın. Ətrafınızdakı situasiya saatlar keçdikcə dəyişəcək. Günün ikinci yarısında intuisiyanıza güvənin. Təhtəlşurunuz, daxili səs sizi aldatmayacaq. Sənədlərlə işdə, habelə tərəfdaşlarla təmaslarda müəyyən çətinliklər olacaq.

Oxatan - günün ilk yarısında həssas, sayıq olun. Rəqiblərinizin sizə qarşı hazırladıqları məkrli planların reallaşmasına əsla imkan verməyin. Sənədlərlə iş zamanı kobud səhvlərin qarşısını almaq üçün fikrinizi dağıtmayın. Tərəfdaşlar və yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə nəzakətli insan təsiri bağışlayın.

Oğlaq - səhər saatlarından etibarən gərginlik artacaq. Sözlərinizə və əməllərinizə fikir verin. Tələskənlik, sadəcə, ziyanınızadır. Qərarlarınız bundan sonrakı fəalliyyətinizə ciddi təsiri edəcək. Günün ikinci yarısında müzakirələr və görüşlər işlərin mövcud vəziyyətini dəyişə bilər. Tərəfdaşlar, şəriklər, habelə yaxın ətrafınızdakı insanlarla təmaslarda maraqlarınızı ani hisslərə qurban verməyin.

Dolça - yaxınlarınızla təmaslarda güzəştə meylli olun. Aldığınız məlumatları tələsmədən, ehtiyatla dəyərləndirin. Rəqəmləri, faktları, kimlərinsə arqumentlərini diqqətlə təhlil edin. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin sözlərinə və ya mövqelərinə istinad edərək davranmayın. Problemləri aradan qaldırmaq üçün ətrafınıza diqqətlə baxın. Axşam saatlarını sakit şəraitdə, kənar qıcıqlandırıcı amillər olmadan keçirin.

Balıqlar - yaranmış situasiyanı obyektiv dəyərləndirin. Durumla bağlı yanlış qərarlar verməmək üçün yetərincə informasiyaya malik olmalısınız.  Peşəkar fəaliyyət sahəsində səslənən tələbləri qulaqardına vurmayın. İşgüzar reqlamenti pozmayın.
Günün ikinci yarısında hüquqlarınızı və səlahiyyətlərinizi dəqiqləşdirin. 

BAKU.WS