VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulaçağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS
-ə verilən xəbərə görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.


Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.


Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 5-10 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcə isti təşkil edəcək.


Dekabrın 22-23-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 23-də gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.


BAKU.WS