SİZİN REKLAM BURADA!
055 213 76 73



Fransanın tanınmış fahişəsi Madam Klaudi 92 yaşında ölüb.

BAKU.WS
-in məlumatına görə, 1960-1970-ci illərdə Fransanın ən məşhur fahişəsi olan Madam Klaudi gəlirlərini artırmaq üçün xüsusi biznes qurmuşdu. O, fahişəliyin qadağan olduğu Fransada seks xidməti göstərmək üçün gecə klubu da açmışdı. O, ətrafına 500-ə qədər fahişə və bir neçə kişi işçi ilə işləyirdi. Klaudi mədəni xidmət göstərdiyini bildirərək özünü və ətrafındakıları da müdafiə edirdi.

"Mən bu peşədə çirkin görünən hər şeyi yox etdim”, - deyə Klaudi bildirib.

Onu fahişəlik etdiyinə görə həbs də ediblər. Məhkəmənin qərarı ilə əxlaqsızlığı yaydığı üçün Madam Klaudi 4 ay məhbusluq həyatı yaşayıb.

Baxmayaraq ki, Madam Klaudi jurnalistlərlə dost idi, lakin heç vaxt müştərilərilə bağlı informasiyaları mətbuata ötürməzdi. O, müştərilərinin sirlərini saxlamağı yaxşı bacarırdı.

Madam Klaudinin müştərilə siyahısında tanınmış siyasi xadimlər və vəzifəli şəxslər də olub. İran şahı Pəhləvi, Con Kennedi və s. məşhurlarla yatan Madam Klaudi bu səbəbdən öz dövrünün sözü keçən qadınlarından sayılırdı. Ona fahişəxana işlətməyi isə Fransa dövləti rəsmən icazə vermişdi. Bunun səbəbi isə tanınmış siyasətçilərdən öyrəndiyi sirləri Fransa hökumətinə ötürməsi idi.

Ziya Babayev

BAKU.WS