SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Las-Veqasda keçirilən "Miss Universe" ("Kainat gözəli") yarışmasında qalmaqal yaşanıb.

BAKU.WS "Hüriyyet"ə istinadən məlumat verir ki, yarışmada böyük qalmaqal yaşanıb. Belə ki, aparıcı Stiv Harvin, əvvəl kolumbiyalı Ariadna Qutierrez-Arevalonu qalib elan edib. Birinciliyini bayram edən yarışmaçı tacını taxaraq izləyiciləri salamlayıb. Daha sonra münsiflər aparıcıya səhv etdiyini söyləyiblər. 

Harvi mikrofonu götürərək üzr istəyib, qalibi səhv elan etdiyini deyib. O, Pia Alonzonun birinci olduğunu dedikdən sonra tac Ariadnadan alınıb. Qız pərt olaraq göz yaşlarını saxlaya bilməyib. Camaatdan aparıcıya gələn etirazları görən "One direction"ın üzvü Harri Stayls ona dəstək olaraq insanları sakitləşməyə səsləyib.
 
BAKU.WS