VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının mərkəzində gənc qızlar gəzmək imkanı məhdud olan qadına yardım ediblər.


BAKU.WS xəbər verir ki, hadisə Bül-bül prospektində, Nizami küçəsi yaxınlığında qeydə alınıb.


Videodan da göründüyü kimi gəzmək imkanı məhdud qadın əlil arabasında yolu keçmək istəyir. Bu zaman yolun kənarında dayanan gənc qızlar dərhal onun yardımına qaçıblar. Qızlar yaşlı qadını yolun bir tərəfindən digər tərəfinə keçməsinə kömək ediblər.


Həmin görüntülər sosial şəbəkələrdə marağa səbəb olub və gənc qızların hərəkəti alqışlanıb.


Ziya SƏCCAD
BAKU.WS