VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Canlı efirə telefonla zəng vuran qadın izləyiciləri və aparıcını təəccübləndirib.


BAKU.WS xəbər verir ki, hadisə Türkiyənin Beyaz TV-də yayımlanan “Həyatda hər şey var” (“Hayatta Her Şey Var”) verilişdə baş verib.


Efirə birbaşa yayımlanan verilişə zəng vuran qadın bildirib ki, həyat yoldaşı onu dəfələrlə başqa qadınla aldadıb. Qadın çıxışı zamanı ərinə xəyanət etdiyini də etiraf edib.


“Sevərək ailə qurdum. Evlənərkən 16 yaşım vardı. Ərim durmadan məni aldadırdı. Axırda məcbur olub mən də onu aldatdım. Ərim əsgərdə olarkən başqa kişi ilə münasibət qurdum. Onunla telefonla danışırdım. Lakin bu uzun sürmədi”, - deyə qadın bildirib.


Qadın bildirib ki, onun xəyanətindən əri də xəbər tutub. Sonradan qadının yaşı az olduğu üçün əri onu bağışlayıb.


Bu açıqlama verilişdə çıxış edən ekspertlər tərəfindən çaşqınlıqla qarşılanıb. Qadını tənqid ediblər. Bildiriblər ki, əgər Türkiyə Radio-Televiziya Şurasının nəzarəti olmasaydı həmin qadına daha ağır sözlər deyərdilər.


Cavid Babayev
BAKU.WS