VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünyaca məşhur Vanqa haqqında maraqlı hər ötən gün məlumatlar ortaya çıxır. 

BAKU.WS xəbər verir ki, onun rəsmi məlumatlara görə gözlərini qasırğa zamanı itirib. Belə ki, qasırğa onu 100 metr yüksəkliyə qaldırıb və sonra kəndlilər onu hadisə olan ərazidən 200 metr məsafədə tapıb.  

Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var..."

Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur.

Ancaq Vanqa haqqında başqa bir versiya da səsləndirilir. Bolqar jurnalist Sveteslava Todorkova xüsusi icazə ilə arxivi qaldırır və meteoroloji qeydlər arasında o illərdə o bölgədə güclü qasırğa olub-olmadığını araşdırıb. Cavab xeyir! Belə bir qeyd olmayıb. Vanqa ilə bağlı bu hekayə yalan idi.

1923-cü ilin noyabr ayında həmin bölgədə polis məlumatlarında 12 yaşlı qızın zorlandığı qeyd olunub. Novoselo kəndində meşə kənarında qız aşkarlanıb. O qızın təcavüzə uğradığı və gözlərinin oyulduğu məlum olub. Bu hadisənin Vanqa ilə əlaqəli olduğu iddia olunur.

Eyni ərazidə iki oxşar hadisə. Həkimlər gözünə qum dolan insanın göz bəbəyinin olmamasını qəbul etmir. Vanqanın göz bəbəklərinin olmaması gözlərinin oyulduğu iddiasını daha da inandırıcı hala gətirir. Ancaq təcavüz hadisəsinin yayılması Vanqanın nüfuzuna zərbə vura bilərdi. Məhz buna görə başqa bir senari ortaya atıldı. Vanqa haqqında yayılan məlumatlarda onun zorlanması barədə çox az informasiya var.  

BAKU.WS