VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Noyabrın 15-də "L`Avenue" restoranında modelyer-dizayner Aynur Əliyevanın "Aynoor" geyim brendinin təqdimatı keçirilib.

BAKU.WS-in məlumatına görə, uşaqlıqdan dizayner sənətinə böyük həvəsi olan Aynur Əliyeva brendinin fərqindən və incəliklərindən söz açıb.

Təqdimat gecəsinə bir neçə ay ərzində hazırlaşan modelyer-dizayner, ilk növbədə, ona bu yolda dəstək olan müəllimi tanınmış dizayner, qalereyaçı Natavan Əliyevaya təşəkkürünü bildirib. 

Təbiətdən ilhamlanan Aynur Əliyeva geyimlərin hazırlanmasında ağ, mavi və çəhrayı rənglərə üstünlük verilib. Bu da onun təbiətə olan sevgisi ilə bağlıdır.


Romantik üslubda işlənilən "Soft dreams" (İncə arzular) adlı yaz-yay kolleksiyası "Aynoor" geyim brendinin ilk nümunəsidir.

Parçalar, eləcə də geyimlərin hər bir detalı Türkiyə, Fransa və İtaliya kimi xarici ölkələrdən gətirilib.

Əl işlərinə üstünlük verilən geyimlər keyfiyyəti, rəngi və bir çox özəl xüsusiyyətləri ilə digər brendlərdən seçilir və görənlərin zövqünü oxşayır.


"Aynoor" moda evi ziyafət, gündəlik və s. geyimlərin özəl sifarişlərini də qəbul edir.

Paytaxtın Rəsul Rza 18 ünvanında yerləşən moda evi ilə həm sosial şəbəkə üzərindən, həm də telefon vasitəsi ilə əlaqə saxlamaq mümkündür.

(+994 50) 3030888
Facebook: Aynoor.az
Instagram: @aynoor.az

Hüseyn Məmmədsalahov
BAKU.WS