SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS 10 noyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - hadisələr o qədər ləng inkişaf edəcək ki, siz darıxmağa başlayacaqsınız. Günorta çağlarında xoş xəbər eşitmək ehtimalı var. Təmir işləri ilə bağlı məsələləri həll etmək, lazımi təmir avadanlıqlarını almaq olar. Axşam saatları xoş keçəcək.

Buğa - günün birinci yarısından maksimum dərəcədə yararlanmağa çalışın. Bu zaman kəsiyi məhsuldar olacaq. İşgüzar danışıqlar uğurlu alınacaq. Axşam saatları maraqlı görüşlər vəd edir.

Əkizlər - işdə mübahisə olacağı gözlənilir. İlk baxışdan ciddi görünən mövzuda güzəştə getmək istəməyəcəksiniz. Bu gün şəxsi müstəvidə qəti qərar verməyin.

Xərçəng - gələcəklə bağlı planlarınızı müzakirə edə bilərsiniz. İlkin olaraq maliyyə məsələlərinin müzakirəsi məqsəduyğundur. Maraqlı iş təklifi ala bilərsiniz. Yaxınlarınıza yardım etməyə vaxt tapacaqsınız.

Şir - günün emosional mənzərəsi yaxşı olmayacaq. Adi, xırda məsələdən ötrü qanınız qaralacaq. Ətrafdakılar sizi sakitləşdirməyə çalışacaq. Bu gün qadınlarla dil tapmaq çətin olacaq.

Qız - çətin gündür. Neqativ tendensiyaların təsiri güclü olacaq. Qadınlarla dil tapmaq asan olacaq, amma əks cinsin mənsubları ilə isə yox. Maraqlı işgüzar təklif ala bilərsiniz. Bürcün bəzi nümayəndələri iş yerlərini dəyişə bilərlər.

Tərəzi - bu gün yeni pərəstişkarlarınızın olduğunu öyrənəcəksiniz. Qarşı tərəfin şəxsi keyfiyyətləriniz və cazibəniz qarşısında durmaq asan olmayacaq. Sevdiyiniz adamın hisslərilə oynamayın.

Əqrəb - situasiya istədiyiniz kimi inkişaf etməsə də, qarşınıza qoyduğunuz məqsədə çata biləcəksiniz. Gün sənədləşmə işi üçün yararlıdır. Ehtimal ki, gəliriniz olacaq.

Oxatan - hamı ilə dil tapacaqsınız. Şəxsi sferada da vəziyyət yaxşı olacaq. Kiminsə sevgisini qazanmaq istəyirsinizsə, onda bunu bu gün edin. Bürcün ailəli mənsublarını xoş sürprizlər gözləyir.

Oğlaq - hansı işlə məşğul olsanız, o sizə maraqlı gələcək. Ehtimal ki, əlinizə pul gələcək. İstənilən şərikli iş üçün münasib gündür.

Dolça - intellektual fəaliyyət üçün münasib gündür. Günorta vaxtlarında işlə bağlı məsələləri asanlıqla həll edəcəksiniz. Axşam saatlarını qohumların əhatəsində keçirin.

Balıqlar - uğurlu, məhsuldar gündür. İşdə əhəmiyyətli proqress sizi gözləyir. Günün maliyyə mənzərəsi də ürəkaçan olacaq. Ehtimal ki, gəliriniz olacaq. Günün ikinci yarısında səhhətinizə fikir verin.

BAKU.WS