VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İnsan üzünü xatırladan hörümçək tapılıb.

BAKU.WS xəbər verir ki, hörümçək Türkiyədə Osmaniye vilayətində qeydə alınıb. Kadirli kəndində yaşayan Ahmet Tan bağçasında ağacları sulayarkən qəribə məxluqa rast gəlib.

“Ağacların yarpağına qonmuşdu. Diqqətimi çəkdi. Qəribə məxluq idi. Hörümçəyin üzü insan üzünə oxşayırdı. Məni görəndə qaçmaq istədi. Tez onu tutdum”, - deyə Ahmet Tan bildirib.

Qeyd edək ki, həmin hörümçək alimlər tərəfindən öyrəniləcək.

Cavid Babayev
BAKU.WS