VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qoç - sonsuz söhbətlər, müzakirələrdən qaçın. Belə təmaslar mənasızdır və heç bir xeyir verməyəcək. Tanışların şirin vədlərinə inanmayın. Kiçik maliyyə itkiləri ola bilər. Gəlir verəcəyinizi düşündüyünüz anlaşma və ya sövdələşmə yarımçıq qalacaq.

Günün ikinci yarısında tanışlardan biri ilə dil tapmaq çətinləşəcək. Sizə müraciət edərək yardım istəyənlər olacaq.

Axşam saatlarını sakit istirahətə, xoş məşğuliyyətə həsr edin.

Buğa - nikbin olun, qüvvənizə güvənin. Əhəmiyyətli irəliləyişə nail olmaq, bədxahları üstələmək, yaxşı gəlir əldə etmək mümkündür. Əsas məsələ yaxın ətrafınızdakı insanlara tələbkar olmaqla yanaşı özünüzün də aktiv çalışmağınızdır.

Günün ikinci yarısı intellektual fəaliyyət, mürəkkəb məsələlərin həlli üçün münasibdir.

Nüfuzlu insanla görüş pis keçməyəcək. Maraqlı təklif ala bilərsiniz.

Əkizlər - qarşınıza qoyduğunuz məsələlər çətin olsa da, maraqlıdır. Onları həll edəndə faydalı təcrübə əldə etməklə yanaşı, maraqlı tanışlıqlara nail olacaqsınız. Seminar və ya konfransa varsa, qatılın. İdeyalarınız çoxlarını maraqlandıra bilər.

Günün ikinci yarısında iş yerini dəyişmək olar. Bir zamanlar məhsuldar şəkildə, razılıqla çalışdığınız yerə qayıda bilərsiniz.

Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. Ciddi münasibətlər başlana bilər. İmiclə eksperimentlər, qarderobun yenilənməsi üçün yaxşı zamandır.

Xərçəng - yeniliklərlə ehtyiatlı olun.Yeni iş və ya layihə üçün əlverişli zaman deyil. Sizə yardım və dəstək vəd edən insanlar sözlərinin üstündə durmayacaqlar. Ən mürəkkəb anda, əlverişsiz şəraitdə reallaşdırılmış ideyalarla baş-başa qala bilərsiniz. Tərəfdaş və ya həmkarlardan biri yalançı çıxacaq, vədinə əməl etməyəcək.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksək olacaq. Enerji qıtlığı hiss olunmayacaq. Diqqətli olun. Qapını açmaq əvəzinə divarı sındırmağa çalışmayın.

Şir - kölgəyə çəkilin. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla kəskin mübahisələr etməyin. Önəmli məsələlərin müzakirəsini təxirə salın. Rutin, adi işlərlə məşğul olun.

Günün ikinci yarısı sizdən peşəkar fəaliyyət müstəvisində qəhrəmanlıqlar və fövqəladə məhsuldarlıq tələb etmir. Gündəlik öhdəliklərin yerinə yetirilməsinə dəqiq və səliqəli olun.

Gəlirlər istisna deyil. Son vaxtlar sizi narahat edən maliyyə problemlərini çözə bilərsiniz. Alış-verişdə çox pul xərcləməyin. Zərurət duyulmayan əşyalar almayın.

Qız - asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək üçün enerjiniz yetərincədir.

Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Mənasız xərclərə yol verməyin.

Romantik təmaslar üçün yaxşı zamandır. Sevdiyiniz insanla təmaslar sizi sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni tanışlıqlar olacaq.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi - heç bir səbəb və zərurət olmadan problemlər yaratmayın. Yeni layihələrə ehtiyatla başlayın. Köhnə müttəfiqlərin sizi dəstəkləməyə hazır olduqlarını biləndən sonra işi aktivləşdirin. Kiçik xərclər istisna deyil.

Günün ikinci yarısında maliyyə problemləri yarana bilər. Narahat olmayın, çətinlikləri dəf edəcəksiniz.

Özünüzə diqqəti cəlb etmək istəyirsinizsə, orijinal addımlar atın. Ekstravaqant davranışda ifrata varmayın, fəsadları və nəticələri düşünün. Əks təqdirdə sonradan təəssüflənə, peşman ola bilərsiniz.

Əqrəb - inadla çalışın. Bir qədər əvvəl başladığınız, amma müəyyən səbəblərdən yarımçıq qoyduğunuz işləri bitirin. Uğurlara nail ola bilərsiniz. Əsla tənbəllik etməyin, vaxtınızı boş işlərə sərf etiməyin. Yorğunluq hiss etsəniz belə, irəliəyin.

Günün ikinci yarısında məqsəd və hədəfləri konkretləşdirin. Söhbətlər xoş olsa da, mənasızdır. Vaxtınızı məhsuldar keçirmək istəyirsinizsə, sabahkı işlərin siyahısını hazırlayın. Ən xırda məsələlərdə belə, plana riayət edin.

Oxatan - tələskənliyə yol verməyin, vurnuxmaya qatılmayın. Başladığınız işləri yarımçıq qoymayın. Bütün çətinliklər və problemlərə rəğmən onları bitirin. Planlaşdırılmış alış-verişlə kifayətlənin. Spontan xərclərə yol verməyin. Gəlirlər çox olsa da, bədxərc olmayın.

Günün ikinci yarısı köç və köçə hazırlıq, habelə interyerin yenilənməsi üçün pis deyil.

Yaradıcılıq potensialının səviyyəsi yüksək olmalıdır. Çevik, aktiv olun. Təxəyyüldən bəhrələnməyə imkan verən işlərlə məşğul olun. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Oğlaq - ətrafınızdakı insanlar üçün əvəzolunmaz yardımçı və qiymətsiz müttəfiq ola bilərsiniz. Çətin xasiyyəti olan, tərəfdaşları uzun müddətdə və ciddi seçən insanlarla münasibətləri normallaşdırın. Bilik və bacarıqlarınızı artırın.

Məhsuldar çalışın.

Günün ikinci yarısında səfərlər pis alınmayacaq. Sərfəli anlaşmalara nail olmaq, alış-verişdə orijinal əşyalar almaq olar.

Axşam saatlarında qəfil xərclər olacaq.

Dolça - kiçik anlaşılmazlıqlar istisna deyil. Yaranan problemlər çoxdan bəri həyata keçirməyə çalışdığınız məsələləri reallaşdırmağa mane olacaq. Yeni tərəfdaşlarla məhsuldar əməkdaşlığa başlayın.

İşdə rəhbərliklə fikir ayrılıqları yaranacaq. İlk baxışdan mənasız məsələlər az sonra ciddiləşəcək.

Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərin harmonik olmasına çalışın. Yaxınlarınızla dil tapın. Ev işləri, interyerin yenilənməsi, kulinar eksperimentlər üçün yaxşı zamandır. Pəhriz saxlayırsınızsa, tamahınızı üstələyin. İradəli olun.


Balıqlar - yalnız gücünüz çatacaq, imkanlarınızın çərçivəsini keçməyən işlərə başlayın. Belə olarsa, problemlərin öhdəsindən tezliklə gələ bilərsiniz. Problemlərlə qarşılaşanda tanışlar və ya tərəfdaşlara müraciət etmək olar. Birgə fəaliyyət taktikası yetərincə effektivdir.

Günün ikinci yarısı yeni işə başlamaq, tərəfdaşlarla ortaq layihəni müzakirə etmək üçün əlverişlidir.

Qəfil görüş, xoş sürprizlər istisna deyil. Romantik təmaslar qeyri-adi olacaq. İmiclə eksperimentlər uğurludur.

Alış-verişdə paltar, aksessuar, kosmetika da almaq olar.

BAKU.WS