SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS noyabr ayının ilk gününün qoroskopunu təqdim edir:

Qoç
- Yeni işlərə başlamazdan əvvəl əvvəlki işləri tamamən başa vurun. Yarımçıq qalmış işlər arzuolunmaz problemlər yarada bilər. Böyük fiziki və intellektual gərginlik tələb edən layihədə tələsmədən irəliləyin. Düşünülmüş addımlar atın. Köhnə əlaqələrin bəzilərini bərpa etmək mümkündür. Axşam saatları romantik anlar gözlənilir.


Buğa - Aktiv və yaradıcı olun, problemlərin həllində orijinal variantlardan yararlanın. İş yerində təşəbbüskar olun. Rəhbərlik sizi yetərincə dəyərləndirəcək, məqsədə doğru daha sürətlə irəliləmək imkanları qazanacaqsınız. Mümkün qədər çox çalışaraq maksimal nəticələr əldə etməyə can atmayın. Çox iş çox uğur demək deyil.


Əkizlər - Gün uğur vəd edir. Pozitiv olun. Ən kiçik çətinlik və cüzi problemlər sizdə bədbinlik yaratmasın. Əhvalınızın pozulmasına imkan verməyin. İşgüzarlığınız, səyləriniz öz nəticəsini verəcək. Məişət qayğıları vaxtınızı alacaq. Ailə üzvlərinin tələblərini nəzərə alın, yardıma ehtiyacı olan insana kömək edin.


Xərçəng - Ulduzlar aktivlik tələb edir. Çətin, çözümü ağır təsir bağışlayan problemlərin həllində qeyri-adi variantlar məsləhətlidir. Yaxın ətrafınızdakı insanların dəstəyi sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz. Təcrübə və imkanlarınıza güvənib, yeni işə başlayın. Axşam saatlarında yaxınlarınızla ünsiyyət xoş saatlar bəxş edəcək.


Şir - Gərgin gündür. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Fiziki işlə məşğul olmaq, məşq etmək, piyada gəzmək çox xeyirdir. Zəhərlənmə ehtimalı var, ərzaq məhsullarının kefiyyətini yoxlayın. İstirahətin sakit variantını seçin. Əhvalınız qəflətən dəyişə bilər. Daha doğrusu, əhvalınızı bir adam korlayacaq.


Qız - Sürprizlərlə zəngin gündür. Bu gün az qala hər addımda qəfil hadisə və ya gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Hadisələr sürətlə inkişaf edir, nə baş verdiyini anlamaqda çətinlik çəkirsiz. Təhlükə riskinin dolaşdığı gündür. Əyləncələri təxirə salın, özünüzü təhlükəsiz hiss etdiyiniz yerdə qalın.


Tərəzi - Daxili şübhələrinizi səsləndirməyin. Hansısa insandan bədgüman olsanız, fikrinizi bəyan etməyin. Müstəqil işləsəniz, cəhdləriniz yaxşı bəhrə verəcək. Kollektiv fəaliyyət diqqətinizi yayındıra bilər. Soyuqqanlı olun, amma laqeydlik etməyin. Güzəştlərə meylli olun. Axşam saatlarında romantik görüş, yaxşı ünsiyyət ola bilər.


Əqrəb - Ənənəviliyə üstünlük verin. Kreativ yanaşma, zaman və ya maliyyə tələb edən yeni işlərə başlamayın. Faydalı əlaqələr dadınıza çata bilər. Rəhbərliklə və həmkarlarınızla münaqişəli situasiyanın yaranmasının imkan verməyin. Əks halda gərgin bütün planlarınız alt-üst ola bilər. Şəxsi müstəvidə hər şey normaldır.


Oxatan - Qarşınızda bir neçə yol açılacaq. Şansları dəyərləndirməyə çalışın. Məqsədlərə çatmaq, niyyətləri reallaşdırmaq üçün imkanlar var. Gərginlik, daxili tərəddüd istisna deyil. Soyuqqanlı olun, amma laqeydlik etməyin. Dəyər verdiyiniz insanla qəfil görüş güclü emosiyalar yaradacaq. Hisslərinizi anlamağa cəhd göstərin.


Oğlaq - Yalan ümid və vədlərə aldanmayın. Əsas planınıza riayət edin. Gözlənilməz görüş, qəfil informasiya və ya həyəcan vəd edir. Problemlər ünsiyyət, müzakirə, ən pis halda yazışma ilə çözülməlidir. Ən optimal strategiyanı seçin. Nizamlı işdəki qəfil sapıntılar və nöqsanlar sizi qorxutmasın. Həll olunan problemlərdir.


Dolça - Təmkinli, səbrli olun. Emosiyaların əsirinə çevrilməyin. Ən ağır situasiyada belə, düşünülməmiş addım atmayın. Hisslərin məntiqi üstələməsinə imkan verməyin. Maliyyə məsələləri ilə bağlı mübahisələrə başlamayın, bu gün uğur sizdən uzaqdır. Ətrafınızdakı insanların fikirlərilə qismən razılaşın, lakin verəcəyiniz qərarı təxirə salın.


Balıqlar - Enerjili gündür. Ətrafınızdakı situasiyaya diqqətlə nəzər salın və məqsədə doğru qətiyyətlə irəliləyin. Az danışın, daha çox iş görün. Səbr və təmkin nümayiş etdirsəniz, qarşınıza çıxacaq problemlərin qarşısını almış olacaqsız. Axşam saatları maraqlı və xoş insanla təmaslar, ünsiyyət üçün əlverişlidir.


BAKU.WS