VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS istirahət gününün - 28 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Gərgin gündür. Təmkinli olun. Adi günlərdən fərqli olaraq fikir ayrılıqları çoxdur. İnsanlarla dil tapmaq çətinləşəcək. Bir tərəfdən də ev işləri və ailə qayğıları sizi yoracaq. Neqativ abu-havadan qurtulmaq üçün təklikdə və ya ruhən sizə yaxın insanla bərabər istirahət edin.


Buğa - Yaxşı gündür. Qarşınızda böyük perspektivlər açılıb. Başqalarının görə bilmədikləri və imtina etdikləri işi yerinə yetirərək başa vura bilərsiniz. Yeni layihəni, alınan sifarişi və ya tapşırığı təhlil edin. Ehtiyac yaranarsa təcrübəli insanlara müraciət edin. İstirahəti unutmayın!


Əkizlər - Enerjili gündür. İdeyalar yaranacaq. Məqsədə çatmaq üçün başqalarının təcrübəsindən yararlana bilərsiniz. Uğurlar gözlədiyinizdən də artıq olacaq. Qəfil təkliflər və dəvətlər istisna deyil. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. Münasibətlər çox dinamik inkişaf edəcək.


Xərçəng - Hadisələrin axarı sakitlik və təmkin tələb edir. Yeni məlumatlar əldə edin, maraqlandığınız predmetlə bağlı informasiya toplayın. Dedi-qodu etməyin, başqalarını müzakirə edərkən sərt ifadələr işlətməyin. Səyahət və səfərlər üçün deyil. Yolda xoşagəlməz hadisə baş verə bilər. 


Şir - Emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanların hərəkətlərinə qarşı soyuqqanlı və məntiqli olsanız, yaranan problemləri həll edəcəksiz. Yaxınlarınızın yardımlarından imtina etməyin. Onların qayğısı ehtiyacınız var. Axşam saatlarını sevdiyiniz insanlarla keçirin.


Qız - Çox xoş gündür. Şəxsi münasibətlər üçün əlverişli zamandır. Başladığınız işləri uğurla başa vuracaqsınız. Xoş sürprizlər, gözlənilməz gəlir ola bilər. Son vaxtlar sizi narahat edən problemləri tezliklə həll edəcəksiz. Dəvət aldığınız yerə qatılmağı unutmayın, diqqət mərkəzində olacaqsınız. 


Tərəzi - Plan və ya məqsədlərdən birinin reallaşdırılması üçün əlverişli zamandır. Şəxsi münasibətlərdəki çətinliklərin aradan qaldırılması üçün səy göstərin. Soyuqqanlı və təmkinli davranın. Maliyyə böhranı olmayacaq, sadəcə xərcləri bir qədər azaldın. Bəzi alışları təxirə salın.


Əqrəb - Əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün müsbət təmayüllərin təsirindən effektiv istifadə edin. Yaxınlarınız sizə yardım edəcəklər. Dəstək gözləmədiyiniz insanlar bu gün yanınızda olacaqlar. Sevdiyiniz insan fikirlərinizi dəstəkləyəcək.


Oxatan - Ziddiyyətli gündür. Mənfi təmayüllərin təsiri güclüdür. Planlarınızı təxirə salın. Görüşlər ümidləri doğrultmayacaq. Köhnə dost və ya sevdiyiniz insanla danışıq zamanı ürək qırmayın. Axşam saatları pozitiv dəyişikliklər baş verəcək. Gün ərzində yaşadığınız gərginliyi unudacaqsız.


Oğlaq - Mümkün qədər təmkinli davranın. Məqsədə çatmaq üçün gərəyindən artıq qüvvə sərf etməyin. İmkanları real dəyərləndirin. Dəyər verdiyiniz insanla aqressiv və sərt olmayın. Qısqanc davranmayın, kinli insan təsiri bağışlayacaqsız. Danışıqlarla məsələni tam nəzərdən keçirin.


Dolça - Özünüzə güvəniniz itməsin. Qüvvə və potensialınıza şübhəniz olmasın. Arzularınızın gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin. Ailədəki situasiya stabil olacaq. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.


Balıqlar - Arzulara və xəyallara qapılmayın, illüziyalar aləmində dolaşmayın. Baş verənlərə realist münasibət bəsləyin. Hadisələrin axarı sizdə narahatlıq yaradarsa, böhranlı durumu təcrübəniz sayəsində həll edəcəksiz. Sadəcə məqsədi dəqiqləşdirin.


BAKU.WS