SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS şənbə gününün - 27 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Tərəfdaşlarınız və şəriklərinizin maliyyə işləri sizin maliyyə durumunuza təsir edəcək. Ehtiyatı iki dəfə artırın, qənaətcil olun. Dəyişikliklər labüd və qanunidir, hətta bəziləri arzuolunandır. Baş verənlərin nəticələrini axşam saatlarında görəcəksiniz. Uğur sizin olacaq.


Buğa - Rəhbərliklə fikir ayrılığınız olacaq, sizdən çox şey tələb edirlər. Şəxsi münasibətləriniz isə ürəkaçandır. Yeni dostlar qazanacaqsınız. Romantik meylləriniz ciddi olmayacaq, əvəzinə bu gün dostlaşdığınız insanlar sizi heç vaxt məyus etməyəcəklər.


Əkizlər - Bu gün soyuqqanlı ağlınız heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz. Sərbəst olun, peşman olmazsız. Xəsislik etməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin.


Xərçəng - Səmimi olun, hisslərinizi gizlətməyin. Yardımını gözlədiyiniz adamlarla nə qədər səmimi olsanız, alacağınız dəstək vaxtında və effektiv olacaq. Yaşanan hadisələri, ətrafdakı şəraiti real dəyərləndirin. Belə etsəniz təəssüflənməzsiniz.


Şir - Heç kimin sizə kömək etməyəcəyini nə qədər tez anlasanız, bir o qədər yaxşıdır. Təklikdə hər şeyin öhdəsindən daha yaxşı gəlirsiniz. Dünyagörüşünüzü genişləndirmək üçün teatra, kinoya, konsertə gedin. Uzaqdan gələn qohum və ya dostunuz sizi sevindirəcəklər.


Qız - Gün təlaş və narahatlıq vəd edir. Hisslərinizi ciddiyə almayın, səbəblər boşdur, ciddi bir şey yoxdur. Nəyin həqiqət, nəyin vacib olmadığını heç cür təyin edə bilməyəcəksiniz. Məsləhət üçün yaşlı qohumlarınıza müraciət etməyə dəyər. Onlar vəziyyətdən baş çıxarmaqda sizə yardım edəcəklər.


Tərəzi - Görüşlər keçirmək, toplantılara qatlımaq olar. Maraqlarınızın reallaşması prosesinə kimisə cəlb etmək istəyirsinizsə, çevik və sürətli hərəkət edin. İşlərinizin alınması üçün inandırıcı danışın, yalana əl atmayın, bacarıqlarınızdan bəhs edin. Uzaqdan gözlənilməz, xoş istisna deyil.


Əqrəb - Ətrafınızda yetərincə intriqa var. Münasibətlərdə qəfil dəyişkənliklər istisna deyil. Danışıqlar, vədlər, sövdələşmələr pozula, sizə verilən söz unudula bilər. Ev işlərinə, yaxınlarla münasibətlərə daha çox diqqət ayırın. Evdə, işdə yeniliklər üçün əlverişli zamandır.


Oxatan - Çevrənizdəki insanlarla ünsiyyətdə ehtiyatlı olun. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın. Soyuqqanlı və məntiqli olmasanız, fikir anlaşılmazlığı münaqişəyə çevrilə bilər. Gərəksiz inadkarlıq etməyin. Fikirlərinizlə yaxın insanın maraqlanmaması sizdə narahatlıqq hissi yarana bilər.


Oğlaq - Planlaşdırımadığınız işə qatılmayın. Çirkli və qərəzli "oyun"dan çıxmağa çalışın, sizi intriqaya cəlb edə biləcək hadisələrin məcrasını tərk edin. İntellektual işə üstünlük versəniz, yaxşı nəticələr əldə edə bilərsiniz. Şəxsi münasibətlərinizin möhkəm olmadığı insanla görüşü təxirə salın.


Dolça - Gərgin fəaliyyət günüdür. Yaxşı bacardığınız işlə məşğul olun, tanıdığınız insanlarla ünsiyyətə üstünlük verin. Şəxsi münasibətlərdə  dəyişikliklərə hazır olun. Olaylar ilk baxışdan kiçik məsələlər təsiri bağışlaya bilər. Lakin onların gerçək mahiyyətini az sonra anlayacaqsınız.


Balıqlar - Gün paradoks və ya xəbərdarlıq vəd edir. İntuisiyanızı dinləyin. Sizin üçün mühüm olan insanla münasibətlərdə davranışınızı dəyişin. Romantik münasibətlərdə maneələr, sədlər yarana bilər. Gərginliyə səbəb ola biləcək çətinliklər istisna deyil. Sevdiyiniz insan sizə sürpriz vəd edir.


BAKU.WS