VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə keçirilən "Bala Turkvizyon” adlı ilk uşaq mahnı müsabiqəsinin qalibi azərbaycanlı iştirakçılar olub.

BAKU.WS məlumat verir ki, yarışmada ölkəmizi təmsil edən 5 yaşlı Nuray Rəhman və 14 yaşlı Əhməd Əmirli birinci yerə layiq görülüb. Onlar birlikdə sözləri Ruhiyyə Rüstəmovaya, musiqisi Ülviyyə Bəbirliyə aid olan "Uşaqlıq illəri” mahnısını səsləndiriblər. Həmyerlilərimiz 115 xal toplayıb. 

Qeyd edək ki, Nuray Rəhman və Əhməd Əmirli "Azad Azərbaycan” televiziyasında yayımlanan "Azərbaycanın səsi bala” yarışmasında da qalib olublar.
 
BAKU.WS