VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


2015-ci il ölkəmiz üçün faciəvi hadisələrlə uğursuz il olmaqla yanaşı, bir çox tanınmış insanların evində səslənən vağzalı sədaları ilə əlamətdar oldu. 
 
BAKU.WS məlumat verir ki, bu il bir çox tanınmış insanlar, məşhurların övladları subaylığın daşını atdı. Bunlardan ən çox əks səda doğuranlar arasında Elza Seyidcahanın qızının toyu, aparıcı Gülnarə Məmmədovanın ikinci dəfə özünə təmtəraqlı toy etməsi, Namiq Qaraçxurlunun oğlan toyu oldu. 
 

 
Ən çox səs-küyə səbəb olan toylardan biri ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədova türk iş adamı ilə toyu olmuşdu. Belə ki, aparıcının ikinci dəfə özünə təmtəraqlı toy etməsi birmənalı qarşılanmamışdı. Sosial şəbəkələrdə aparıcının ünvanına xoşagəlməz sözlər yazılmışdı. 
 


Bu il Namiq Qaraçuxurlu da özünə toy edən məşhurlar arasındadır. Meyxanaçının da toyu müzakirələrə səbəb olmuşdu. Belə ki, Namiq Qaraçuxurlu özü üçün etdiyi oğlan toyu ilə gündəmə gəlmişdi.  Bu meyxanaçının ikinci evliliyidir. 
 

 

ANS-in tanınmış aparıcılarından Elgiz Əkbər də bu il subaylığın daşını atıb özünə toy edənlər sırasındadır. Əsmər adlı xanımla ailə quran aparıcı, bu yaxınlarda ata olacağını açıqlamışdı. 

 

 


 

2015-ci ilin ən çox danışılan toylarından biri də müğənni-bəstəkar Elza Seyidcahanın qızı üçün etdiyi toy oldu. Müğənninin qızı Elxan Ələsətov adlı fotoqrafla ailə qurub. Toyda Elza Seyidcahanın eks-həyat yoldaşı da iştirak etmişdi.

 

 


 

Müğənni Manaf Ağayevin qızı Səmayə isə bu il ikinci dəfə ailə qurdu. Müğənninin qızı birinci həyat yoldaşından narkotik aludəçisi olduğu üçün ayrılmışdı.

 

 


 

Ukraynada keçirilən musiqi yarışmasından tanınan Vaqif Nağıyev isə bu il özünə iki dəfə, bir Ukraynada, bir də Azərbaycanda toy edib. Gənc ifaçı Elmira adlı xanımla ailə qurub.

 

 

 

 

Vidadi Bərdəlinin qızı Aytac bu il Türkiyədə gizli şəkildə nişanlanıb. Bu, bu yaxınlarda toyu olacağını açıqlayan müğənninin ikinci ailə həyatıdır.

 

 

 

 

Tanınmış aparıcı, aktyor İslam Mehrəliyev də uzun müddət nişanlı olduğu Nəzrin xanıma 2015-ci il də qovuşa bildi. O, açıqlamasında maddi imkansızlığa görə toy edə bilmədiyini bildirmişdi.

 

 

 

 

ATV-nin aparıcısı, 106 FM-in dj-yi Nurlana Cəfərova Türkiyə vətəndaşı Mehmet Uğurla ailə qurub. 

 

 


 

 

 

Tanınmış aparıcı Emil Şahzadə də bu il subaylığın daşın ataraq Könül adlı xanımla ailə qurdu.

 

 

 
İTV-nin aparıcısı Saleh Bağırov sentyabr ayında nişanlandığını açıqlamışdı. Aparıcı ötən gün nişanlısı ilə nikaha daxil olduqlarını açıqladı. 

 

 

 


Tanınmış KVN-çi Cabir İmanov birinci həyat yoldaşından boşandıqdan sonra ikinci dəfə ailə qurub. Aktyorun birinci həyat yoldaşından iki övladı var.

 

 

2015-ci il şou əhli ilə yanaşı məmur övladlarının da xoş günü ilə yadda qaldı. 

 

 

 

 
Azərbaycan Millli Aviasiya Akademiyasının prezidenti, akademik Arif Paşayevin mərhum qardaşı Aqil Paşayevin oğlu, Paşa Həyat Sığorta şirkətinin Direktorlar Şurasının sədri Mircəlal Paşayev də bu il ailə qurdu.  Toy mərasimində prezident İlham Əliyev və ailə üzvləri də iştirak etmişdi.
 


Bu il fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Nicat Heydərov Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalovun qızı ilə ailə həyatı qurub.

 

 

 

 

 

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin qızı Suadə Qarayeva iranlı iş adamı Şəhriyarla ailə qurub. Onların bir neçə il əvvəl Londonda tanış olduqları bildirilir.

 

 


 

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov üçün ilin əvvəli əlamətdar olmuşdu. Belə ki, eks naziri qızı Nərgiz Mahmudova ailə həyatı qurub. 

 


Ən çox müzakirə olunan cütlüklərdən azərbaycanlı model Günay Musayeva və türkiyəli aktyor Tolqa Karel bu rəsmi şəkildə boşandıqlarını elan etdilər. Ayrıldıqdan sonra Günay Musayeva Tolqa Kareli məhkəməyə verərək təzminat tələb etmişdi.
 


Tanınmış azərbaycanlı model Rüstəm Cəbrayılov da həyat yoldaşından ayrıldığını açıqlamışdı.

 

 

 


 

Müğənni Elton Hüseynəliyev ilə prodüsser həyat yoldaşı da bu il ayrılan cütlüklər arasındadır. Lakin, bir neçə müddətdir onların barışması ilə bağlı xəbərlər yayılıb. 

 

Ayşən Ayxan 

BAKU.WS