VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sosial şəbəkələrin fenomeninə çevrilən 48 yaşlı Xəyyam Kərimovun haqqında xoş xəbər yayılıb.


BAKU.WS xəbər verir ki, “İnstagram”da “Xəyyam Bərdəli” adı ilə tanınan Xəyyam kişi üçün yeni ev tikilir. Bildirilir ki, Xəyyam kişiyə imkanlı şəxslər yardım göstərib.


“Xəyyam kişinin evinin tikilməsi üçün tikinti materialları gətirilir. Azərbaycanın mərd oullarının köməyi nəticəsində onun ailəsi üçün yeni ev tikiləcək”, - deyə məlumatda bildirilib.


Qeyd edilir ki, 20 ildir bərbad şəraitdə yaşayan Xəyyam Kərimovun ailəsi nəhayət yeni evə yerləşəcəklər. Ona kömək edənlərə Xəyyam kişi öz təşəkkürünü bildirməyi də unutmayıb:


“Allah onlara dəyməsin, onları saxlasın. Onlara qucaq-qucaq salamlar deyirəm. Hamısını öpürəm”, - deyə Xəyyam kişi bildirib.


Qeyd edək ki, Xəyyam Kərimov təxminən 1 il əvvəl bir videosu ilə sosial şəbəkələrdə məhşurlaşdı. Vandamın oğlunun sünnət toyundan gəlirəm deməsilə bütün sosial şəbəkələrdə ən çox paylaşılan obrazlardan oldu.


Məzəli hazırcavablığı onu qısa müddətdə hamıya tanıtdı. Ən son isə bir daha spirtli içki içməyəcəyinə dair verdiyi sözlə yenidən sosial şəbəkələrin fenomeninə çevrildi.


BAKU.WS