SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS həftəsonunun - 21 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Ətrafınızdakı insanlarla ünsiyyətdə qarşılıqlı anlaşma nümayiş etdirin. Problemləri emosiyaları gərmədən həll etmək olar. Yaşlı insanlarla təmaslarda aqressiv olmayın. İstirahət gününü ailənizə və məişət qayğılarına həsr edin. Axşam saatlarını isə özünüzə ayırın və dincəlin. Sizi irəlidə uzun bir həftə gözləyir, dincəlməyiniz şərtdir.

Buğa - Enerjili və pozitiv gündür. Bundan istifadə edib həftəsonunu səmərəli keçirin. Subaysınızsa, günü dostlarınızla əyləncəli edin. Yox, əgər ailəlisinizsə, ailə üzvləri ilə birlikdə bir günlük tətil proqramı qura bilərsiz. Yaradıcılıqla məşğul olmaq istəyənlər sevdiyi sahədə istedadlarını nümayiş etdirə bilərlər. 

Əkizlər - Bazar günü olmasına baxmayaraq gərgin gündür. İnformasiya axını intensiv olacaq, amma siz daha faydalı məlumatları mənimsəməyə üstünlük verin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin. Karyerada uğur qazanmaq istəyirsinizsə, istirahət gününü işgüzar görüşlərə həsr edin. Belə etsəniz, əməkdaşlarla münasibətlər gücləndirmiş olacaqsız. 

Xərçəng - Daşınmaz əmlak məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar. Variantları arayın, rieltorlarla görüşün, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın. Bir sözlə, istənilən alış-verişdə maksimum diqqətli olun. Gün gərgin keçibsə, axşam saatlarını mütləq dincəlin. Sevdiyiniz insanla gəzintiyə çıxa bilərsiz, bu sizi xoşbəxt edəcək.

Şir - Gün hormoniya vəd edir. Çevrənizdəki insanlarla sıx təmasda olmaqdan çəkinməyin. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyət qurun və əlaqələri möhkəmləndirin. Önəm verdiyiniz, lakin vaxt azlığında zaman ayıra bilmədiyiniz insanla münasibətləri yaxşılaşdırın. Təşəbbüskar olun, o, sizin zənginizi gözləyir.

Qız - Faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron servislərdən istifadə edin.Günün ikinci yarısında alış-verişə yollananda nə alacağınızı dəqiq bilin.Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər.

Tərəzi - Sürprizlərlə dolu gündür. Çox sevdiyiniz və uzun müddətdir görüşmədiyiniz biri ilə rastlaşa bilərsiz və ya olduqca xoş bir xəbər ala bilərsiz. Bu isə bu gün üçün qurduğunuz planları alt-üst edəcək. Narahat olmayın, dəyişiklik sizin ürəyinizcə olacaq. Lakin müstəqilliyə ifrat dərəcədə can atsanız, şəxsi münasibətlərdə qısqanclığa rəvac verə bilərsiz. Balansı qoruyun!

Əqrəb - Şəxsi münasibətləri aydınlaşdırmaq və yığılıb qalmış küskünlükləri aradan qaldırmaq üçün əlverişli zamandır. Müzakirələrdə qarşı tərəfin fikirlərinə hörmətlə yanaşın. Siz hər zaman haqlı olmaya bilərsiz. Səhvinizi etiraf etməyə çəkinməyin. Bu davranış sizə sevdiklərinizin yanında xal qazandıracaq. Çevrənizdəki insanların sizə bəslədiyi rəğbəti qoruyun saxlamaq üçün səmimi olmaq lazımdır.

Oxatan - Şəxsi münasibətlərin yaxşılaşdırılması üçün məhsuldar və yaxşı gündür. Perspektiv əlaqələrə üstünlük verin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Şəxsi münasibətləri ambisiyalarınıza qurban verməyin. Dəyər verdiyiniz insanların istəklərini və ehtiyaclarını nəzərə alın. Münasibətlərdə səmimi, nəzakətli olun. İstirahət etməyi unutmayın.

Oğlaq - Əsəbi gündür. Mövcud qaydalar çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılıb, səhv qərarlar verməyin. Ulduzlar təmkinli olmağı məsləhət görür. Belə etsəniz problemlərdən yan qaça bilərsiz. Ailə üzvləri ilə kobudluğa yol verməyin. Müzakirə zamanı düzgün seçmədiyiniz ifadələr uzunmüddətli münaqişəyə səbəb ola bilər. 

Dolça - Uğurlu gündür. Ulduzlar günün müsbət tendesiyalarından maksimum yararlanmağını məsləhət görür. Təxirə saldığınız problemlərin həllini aktivləşdirə bilərsiz. Kommunal xərcləri və ya ödənişləri gecikdirməyin. Yaradıcı fəaliyyət göstərənlər üçün əlverişli zamandır.  Axşam saatları romantik görüş və ya söhbət istisna deyil.

Balıqlar - Maraqlı gündür. Günü daha maraqlı etmək istəyirsizsə, fantaziyanızı işə salın. Sevdiyiniz insanlarla bərabər əyləncə planı təşkil edin. Enerjiniz azalıb, dincəlmək və istirahət vacibdir. Qarşıda gələn gərgin iş həftəsi özünüzü gümrah hiss etmək istəyirsizsə, tətil şansını qaçırmayın. Lakin ifrat azadlıq hissi yaxın gələcəkdə sizə problem yarada bilər.

BAKU.WS